24 Iyun 2020 09:59
7401
CƏMİYYƏT
A- A+

Tənhalıq asılılığı, yaranması və çıxış yolları


Elm adamları tənhalığın asılılığın yeni növü olduğunu aşkarlayıblar. Bəzən həddindən çoxlu əlaqələrin olması insanı ətraf mühitdən təcrid olmağa sürükləyir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova AZƏRTAC-a verdiyi müsahibədə qeyd edib ki, müasir insan həm sosial, həm də özünə qapanan varlıqdır: "O, özünə yaxın olanlara can atır, bir müddət sonra isə gördüyü insanlar və ünsiyyətdən yorulur. Tək qalıb dincəlmək istəyir, amma bir müddət sonra bu vəziyyətə görə depressiyaya düşür.

Alimlər hesablayıblar ki, gündə iki saat ictimai nəqliyyatdan istifadə edən şəxs ucqar yerdə yaşayan kəndlinin bütün ömrü boyu görə biləcəyindən daha çox adamla üzləşir. İndiki şəraitdə evdə və ofisdə otura-otura dünya ilə elektron poçt, mobil və ofis telefonu vasitəsilə əlaqə qurmaq mümkündür. Həftə sonuna qədər bəzən ünsiyyət və əlaqədə olduğu insanlardan o qədər yorulur ki, tək qalmağa can atır. Hətta yaxınlarına baş çəkmək, qohumlarının evlərinə qonaq getmək istəmir, dostları ilə görüşdən qaçır, kafe və teatra üz tutmağa tənbəllik edir”.

Müsahibimiz deyib: "Tənhalığa meyilli olanları bir neçə qrupa bölmək olar: Mütləq ünsiyyətsiz insanlar, ətrafdakılardan fərqlənənlər, təhqiredici söz və hərəkətlərdən bezənlər, introverlər və ünsiyyət qurmağı bacarmayanlar.

Mütləq ünsiyyətsiz olanlar tənhalığa meylli olurlar. Çox vaxt onlar bu vəziyyətə ətrafdakılara qarşı olan böyük küskünlük hissindən sonra düşürlər. Ətrafdakılardan fərqlənmək əsasən valideyn tərbiyəsindən irəli gəlir. Bəzi valideynlər övladlarına hələ uşaq yaşlarından hamıdan fərqli, hamıdan gözəl olduqlarını onlara təlqin edirlər. Təəssüf ki, onlar övladının qulağını təriflə doldursalar da, onun səhvlərini göstərmir, hərəkətlərini tənqid etmirlər. Həmin uşaqlar böyüyəndə öz bacarıq və imkanları ilə əslində malik olduqları potensial arasında olan fərqdən kompleks keçirməyə başlayır, özünə qapanmağa, ətraf mühitdən təcrid olunmağa sürüklənirlər. Təhqiredici söz və hərəkətlərdən bezənlər əsasən hansısa fiziki qüsuru olan uşaqlardır. Adətən başqa uşaqlar onlarla oynamaq və ya ünsiyyətdə olmaq istəmirlər. Məktəbdə isə bu cür uşaqlar başqa uşaqların "hədəfinə” çevrilirlər. Böyüyəndən sonra onlarda ətrafdakılara qarşı inamsızlıq, insanlardan uzaqlaşmaq istəyi yaranır. İntroverlər xarici aləmdən daha çox öz daxili dünyalarına aludə olur, daha çox tək qalanda özlərini rahat hiss edirlər. Ünsiyyət qurmağı bacarmayanlar böyüklərlə daha çox təmas və əlaqə nəticəsində vaxtından qabaq böyüyən uşaqlardır. Onlar uşaqlığını öz yaşıdları ilə keçirmədiklərindən hər hansı ünsiyyətə girməkdə çox böyük çətinlik çəkir və bundan usanaraq ünsiyyəti minimuma endirirlər”.

Belələrinin özünü ətraf mühitdən izolyasiya etməyə olan meyli sosiofobiyaya – ətrafdakılarla kontakta girmə qorxusuna səbəb olur. Psixoloq onları həmin vəziyyətdən çıxarmaq üçün bir sıra variantlar göstərib: "İnkişaf üçün mütləq başqaları ilə ünsiyyətdə olmaq vacibdir. Yeni tanışlıqlara can atmaq, əvvəllər olmadığın məkanlara üz tutmaq, incəsənətin yeni növlərinə maraq göstərmək lazımdır. Onlara yardım etmək, maraqlı bir filmə baxmağı və ya kitabı oxumağı tövsiyə etmək məsləhətdir. Unutmaq lazım deyil ki, vakuumda şəxsiyyət yetişə bilməz. Elektron poçt, SMS və ya mobil telefonla olan ünsiyyət yalnız informasiya mübadiləsi üçün istifadə edilməlidir. Məclis və mərasimlərdən kənarda qalmamaq, hər gün ən azı bir yeni insanla tanış olmaq, dostluq əlaqəsi qurmaq məsləhətdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video