Alternative content

19:41 02 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV İlham Əliyev heç bir çətinliyə baxmadan social infrastruktur layihələrinin icrasında qərarlıdır
İlham Əliyev heç bir çətinliyə baxmadan social infrastruktur layihələrinin icrasında qərarlıdır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
00:27 24.06.2020


Azərbaycan dövlətinin iqtisadi gücü, sosial nüfuzu ondadır ki, o, müstəqilliyini bərpa edəndən bəri dünyada baş verən böhranlara, çaxnaşmalara baxmayaraq, əhalinin həyat və güzəranının yaxşılaşdırılması istiqamətində başladığı heç bir işi, həyata keçirdiyi heç bir layihəni təxirə salmır. İndiki kimi, vaxt olub ki, iqtisadiyyatımızın əsas maliyyə mənbəyi olan neftin qiyməti kəskin ucuzlaşıb, amma Prezident İlham Əliyevin tapşırığı ilə əhalinin sosial müdafiəsi xərcləri nəinki azaldılıb, hətta əksinə, artırılıb.

İnfrastruktur layihələrindən isə danışmağa dəyməzdi. Ölkənin və xalqın mənafeyinə birbaşa xidmət edən hər hansı sosial layihənin maliyyə çatışmazlığı üzündən təxirə salınmasını yəqin ki, heç kim xatırlamır. Xatırlamır ona görə ki, sadəcə, belə hal olmayıb.

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev iyunun 22-də paytaxtın Xətai rayonu, Neopol küçəsində yeni yerüstü piyada keçidinin açılışında iştirak etmişdir. Öncə onu qeyd edək ki, bu keçidi sıradan bir obyekt kimi qəbul etmək insafsızlıq olardı. İlk baxışdan qonşu Gürcüstanın paytaxtında Kür çayının üstündə salınmış və az qala Tbilisinin yeni rəmzinə çevrilmiş körpünü xatırladan bu piyada keçidi yüksək zövqün hesabına fərqli görkəmə malikdir. Yeni texnologiyalar əsasında inşa edilən keçid Bakıda bu qəbildən olan obyektlərin tikintisi ilə bağlı aparılan kompleks işlərin tərkib hissəsi sayılsa da, qeyri-adi xarici görünüşü ilə daxili rahatlığının vəhdəti, funksionallığı hələ bir müddət onun nəinki yerləşdiyi ərazinin, hətta paytaxtın seçilən obyektləri sırasında qalacağından xəbər verir.

Keçidin ərazidəki Heydər Əliyev parkının yaxınlığında yerləşməsi də rəmzi xarakter daşıyır. Çünki Azərbaycanı, o cümlədən Bakını dövrünün təkrarsız tikililəri, bənzərsiz arxitektura abidələri ilə müasirləşdirmək Heydər Əliyevin çoxsaylı fəaliyyətinin ayrılmaz tərkib hissəsi olmuşdur. Sovet dövründən qalan və özünün adını daşıyan sarayı, müstəqillik dövründə maliyyə çətinliklərinə baxmayaraq, tikdirib ərsəyə gətirdiyi hava limanını xatırlamaq yetər ki, Ulu Öndərin bu sahədə qurub-yaratdıqları bir daha göz önündə canlansın. Elə Xətai rayonundakı park da 2000-ci ildə Heydər Əliyevin iştirakı ilə salınmışdır və o, indi ərazidə yaşayan əhalinin ən sevimli istirahət yerlərindəndir.

Amma keçid tikilənədək bu parka gəlib-getmək elə də asan deyildi. Xüsusən gur saatlarda nəqliyyatın sıxlığı üzündən enli küçələri keçmək risk tələb edirdi. Şükürlər olsun ki, bu problem də həll olundu. Necə deyərlər, Heydər Əliyevin saldığı parka İlham Əliyevin tikdirdiyi keçidlə indi rahat gedib-gəlmək mümkündür. Hətta bu zaman fiziki məhdudiyyətli insanlar da unudulmamışdır. Onlar üçün keçiddə 2 rahat lift quraşdırılmışdır. Yeri gəlmişkən, qeyd edək ki, keçidin inşası qısa müddətdə, özü də keyfiyyətlə tamamlanmışdır.

Amma bütün dünyanın başı COVID-19-la mübarizəyə qarışdığı bir vaxtda ölkəmizdə həyata keçirilən sosial infrastruktur layihələri qeyd etdiyimiz keçidlə tamamlanmır. Yəqin hamı müşahidə etmiş olar - elə gün yoxdur ki, dövlət başçısı hansısa yolun tikintisinə, hansısa ərazinin su ilə təminatının yaxşılaşdırılmasına, harada isə xəstəxananın, məktəbin, uşaq-tərbiyyə müəssisəsinin və bu kimi digər obyektlərin inşasına vəsait ayırmasın. Və bütün bunlar o vaxt edilir ki, Azərbaycanda da koronavirusun yayılması davam edir. Onun qarşısının alınması isə təkcə karantin tədbirləri yox, həm də külli miqdarda vəsait deməkdir. Bir tərəfdən də, məlum olduğu kimi, neftin qiymətinin ucuzlaşması üzündən gəlirlərimizin azalması. Bütün bunları fikirləşəndə, səmimi sözümüzdür, dövlətin gördüyü işlərə heyrət etməmək mümkün deyil. Mümkün deyil, ona görə ki, başqa ölkələr adi maska və əlcək almağa vəsait tapmadığı bir vaxtda Azərbaycanda sosial layihələr icra olunur - yeni yollar salınır, keçidlər, körpülər tikilir, səhiyyə, təhsil, mədəniyyət obyektləri, elektrik yarımstansiyaları istifadəyə verilir.

Elə sözügedən keçidin açılışı zamanı Prezident İlham Əliyevə məlumat verldi ki, Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 7-ci kilometrliyində, Bakı Beynəlxalq Avtovoğzal Kompleksi ilə metronun "Avtovağzal” stansiyası arasındakı ərazidə əsas yolun hərəkət hissəsi genişləndirilərək zolaqların sayı 4-ə çatdırılmışdır. Bundan əlavə, paytaxtın şimal girişində günün gur saatlarında yaşanan tıxacların aradan qaldırılması üçün icra edilən layihə çərçivəsində "20 Yanvar” dairəsində yolun hərəkət hissəsi 10 metr qədər, magistral yolun Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısından keçən hissəsi isə hər iki istiqamət üzrə bir hərəkət zolağı enində genişləndirilmişdir.

O ki qaldı paytaxtdan əvvəl bu sahədə, konkret desək, piyada keçidlərinin salınmasına, təkcə 2018-2019-cu illərdə paytaxtda və şəhərarası yollarda , magistrallarda 7 yerüstü və yeraltı keçid istifadəyə verilmişdir. Cari ilin əvvəlindən isə Bakıda 3 piyada keçidi (Heydər Əliyev prospekti ilə Zəki Məmmədov, Moskva prospekti ilə 20 Yanvar küçələrinin kəsişmələrində və sonuncu Neapol küçəsində) tikilmişdir. Yaxın vaxtlarda Azadlıq prospekti, Qala-Pirallahı, Mərdəkan-Buzovna, Bakı-Sumqayıt yollarında və başqa ərazilərdə daha bir neçə belə obyektin istifadəyə verilməsi gözlənilir.

Göründüyü kimi, o iş ki, əhalinin rahatlığına və təhlükəsizliyinə, eləcə də ölkənin yol infrastrukturunun müasirləşməsinə xidmət edir, dövlət həmin sahəyə maliyyə ayırmaqdan çəkinmir, hətta pandemiya kimi dünyəvi bəlanın fəsadlarını yaşasa da.

Raqif MƏMMƏDLİ,

"Azərbaycan”




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM