24 Iyun 2020 00:22
447
SİYASƏT
A- A+

Ermənistan Paşinyanı uğursuzluqda ittiham edir


Hakimiyyət Qaqik Tsarukyanın həbsində israrlıdır


Ermənistanda ümumi yurisdiksiya məhkəməsi "Çiçəklənən Ermənistan” fraksiyası və eyni adlı partiyanın lideri Qaqik Tsarukyanın həbs edilməsi haqqında ölkənin baş prokurorluğunun vəsatətini təmin etməyib.

Baş prokuror Artur Davtyan parlamentə müraciətində "Milli Təhlükəsizlik Xidməti tərəfindən "Firavan Ermənistan” Partiyasının rəhbər heyəti və bir sıra üzvlərinin "mütəşəkkil rüşvət paylama aksiyalarına” cəlb edilməsi faktlarının aşkar edildiyini bildirib. Amma məhkəmə bunu rədd edib. Prokurorluq məhkəmə qərarının mübahisələndiriləcəyini açıqlayıb.

Görünən budur ki, baş nazir Nikol Paşinyan Tsarukyanı həbs etməkdə israrlıdır. Hətta Ermənistan Milli Təhlükəsizlik Xidməti "Çiçəklənən Ermənistan” Partiyasinin lideri haqqında seçilən qətimkan tədbiri haqqında qərardan apelyasiya şikayəti verib. Bundan əvvəl isə Ermənistanın birinci instansiya məhkəməsi Tsarukyan barədə həbs qətimkan tədbiri seçməkdən imtina etmişdi. Amma Paşinyanın göstərişi ilə Milli Təhlükəsizlik Xidməti Tsarukyanı tutmaqda israrlıdır. Qurum Tsarukyan barədə məhkəməyə bir yox, bir neçə fakt və ya informasiya təqdim etdiyini bildirib.

Milli Təhlükəsizlik Xidməti "Çiçəklənən Ermənistan” Partiyasının aktivistlərinin mənzillərində 80-dən çox axtarış apardığını və burada seçicilərin ələ alınmasını təsdiq edən faktlar aşkarladıqlarını bildirib. Qeyd edək ki, Tsarukyan 2017-ci ildə seçicilərin səsini pulla almaqda və dövlətə 62 milyon dollar ziyan vurmaqda ittiham edilir. Amma onun ətrafında baş verənlər artıq Rusiyanı daha ciddi şəkildə narazı salır.

Baş verənləri şərh edən Ermənistanın "Politekonomia” tədqiqat institutunun direktoru Andranik Tevanyan qeyd edir: "Koronavirus Paşinyanın çox xoşuna gəlib. Pandemiya şəraitində o, fövqəladə vəziyyət elan edib, lakin virusun yayılmasına qarşı fövqəladə addımlara getmək üçün yox, öz hakimiyyətini genişləndirmək və insanların hüquqlarını məhdudlaşdırmaq üçün bu vəziyyəti elan edib”.

Tevanyan qeyd edib ki, Nikol Paşinyan bir tərəfdən qanunsuz addımlara gedir, ancaq digər tərəfdən bu addımların qurbanlarına öz hüquqları üçün mübarizə aparmağı qadağan edir: "Paşinyanın Konstitusiya Məhkəməsini ələ keçirmək proqramı həyata keçirilsə, Ermənistanda xunta rejimi buradan irəli gələn bütün nəticələrlə qurulacaq. Paşinyan öz komanda yoldaşlarını növbəti dəfə kollektiv cinayətə təhrik edir”.

"Qraparak” nəşri isə yazır: "Paşinyan Ermənistan sakinlərinin iradəsinə tabe olan siyasi qüvvələrlə nə etmək lazım olduğuna dair yaxşı bir fikir söylədi. Onun fikrincə, həmin qüvvənin başından tutub kənara atmaq lazımdır. Bu fikri çox bəyəndik, çünki hakim siyasi qüvvə ilə nə edilə biləcəyini uzun müddət düşünürdük və nə edəcəyini bilmirdik. İndi bilirik ki, bu qüvvəni tutmalı və onu kənara atmalısan. Qüvvənin başında kimin olduğunu bilirsiniz, elə deyilmi? Kimdir? Bəli, bu qüvvənin lideri, indiki halda Nikoldur. Nikolun başını tutmaq lazımdır, çünki onun təlimatı və əmri ilə "Mənim addımım” adlanan qüvvə artıq 2 ildir ki, təkcə Ermənistan sakinlərinin iradəsini deyil, digər hüquqlarını da ələ keçirir”.

Vurğulanır ki, Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin sui-istifadə halları, axmaqlıqları yuxarıda göstərilənlərlə bitmir. Bu gün Konstitusiyada Paşinyanın göstəriş və sərəncamları ilə pozmadığı bir müddəa tapmaq çətindir. Paşinyan müasir dünyada ölkəsindəki məhkəmələri mühasirəyə alan, hökmləri zorla dəyişdirən, kobud qanun pozuntuları ilə kadr siyasəti aparan, bir çox inqilabdan əvvəl oliqarxlarla oğurluq əlaqələri quran və onları "vicdanlı iş adamları” adlandıran yeganə liderdir. Hətta bu gün o, "ödəmək” istəməyən varlı insanları cəzalandırmağa, vəzifəsindən istifadə edərək ailənin qohumları vasitəsilə korrupsiya işləri həyata keçirməyə, milyardlarla dollarlıq vergidən yayınmağa çalışır.

Bildirilir ki, sosial müdafiə naziri ilə sıx əməkdaşlıq edərək ən ehtiyaclı vətəndaşların müavinətlərindən sui-istifadə edilib, vicdanlı vergi ödəyicilərindən oğurlanan pullarla deputat və nazirlərə astronomik maaş və mükafatlar paylanıb, minlərlə iş yeri bağlanıb, yoxsulluq təhlükəli həddə çatıb, ölkənin və vətəndaşların təhlükəsizliyi yeni çağırışlara üzbəüz qoyulub.

Bütün bunlar Ermənistanda mövcud hakimiyyətdən narazılığı daha da dərinləşdirib.

Elçin CƏFƏROV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video