24 Iyun 2020 00:08
494
CƏMİYYƏT
A- A+

“Böhranlar və feyk xəbərlərin yayılması şəraitində faktların dəqiqləşdirilməsi yolları” mövzusuna həsr edilmiş vebinar keçirilib


İyunun 23-də İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyi (UNA), İƏT-in Baş Katibliyinin İnformasiya-Media İdarəsi və İslam Ölkələri Radioyayım Birliyinin təşkilatçılığı ilə "Böhranlar və feyk xəbərlərin yayılması şəraitində faktların dəqiqləşdirilməsi yolları” mövzusuna həsr edilmiş vebinar keçirilib.

Vebinarda İƏT-ə üzv ölkələrin milli xəbər agentliklərinin və teleradio şirkətlərinin nümayəndələri, eləcə də AZƏRTAC-ın fransız dilində informasiya bölməsinin əməkdaşları, ümumilikdə, İƏT-ə üzv ölkələrdən 100-ə yaxın media işçisi və ekspert iştirak edib.

Mühazirəçi, Tunisin Manuba Universitetinin Mətbuat və İnformasiya Elmləri İnstitutunun dosenti, doktor əs-Sadiq əl-Həmmami feyk xəbərlərdən və onların yayılmasından danışıb, böhranlı vəziyyətlərdə insanların düzgün məlumatlandırılmasında rəsmi xəbər agentliklərinin artan rolunu, jurnalist peşəkarlığının əhəmiyyətini vurğulayıb. Mühazirəçi sosial şəbəkələrdə yayılmış fotovideo informasiyaların həqiqətə nə dərəcədə uyğun olduğunu dəqiqləşdirmək yolları barədə təcrübələri bölüşüb.

Daha sonra tədbir sual-cavab şəklində davam etdirilib. Xatırladaq ki, iyunun 8-də UNA-nın və İƏT-in Baş Katibliyinin İnformasiya-Media İdarəsi tərəfindən ərəb dilində eyni mövzuda keçirilmiş vebinarda AZƏRTAC-ın ərəb dilində informasiya bölməsinin əməkdaşları iştirak etmişdilər.

AZƏRTAC İslam Əməkdaşlıq Təşkilatına üzv 57 ölkənin milli xəbər agentliklərini birləşdirən UNA-nın İcraiyyə Şurasının 12 üzvündən biridir. 1972-ci ildə təsis olunan bu media qurumunun əsas məqsədi İƏT-ə üzv ölkələr arasında informasiya mübadiləsinə yardım göstərmək, İslam dünyasının üzləşdiyi problemlər barədə dünya ictimaiyyətini məlumatlandırmaqdır. UNA üç dildə - ərəb, ingilis və fransız dillərində xəbərlər yayır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video