23 Iyun 2020 23:04
591
DÜNYA
A- A+

Vəziyyət nəzarətdən çıxarsa, İspaniya hökuməti hərəkət azadlığını məhdudlaşdıra bilər


Koronavirus pandemiyası ilə əlaqədar vəziyyət ciddiləşərsə, İspaniya hökuməti ölkənin müəyyən hissəsində və ya bütün ərazisində vətəndaşların sərbəst hərəkət azadlığının məhdudlaşdırılmasına dair qərar qəbul edəcək.

AZƏRTAC "El Pais”ə istinadla xəbər verir ki, bunu İspaniyanın Baş Naziri Karmen Kalvo söyləyib.

Uesk bələdiyyəsi koronavirusun yayılma tempinin bir neçə dəfə artması səbəbindən daha ciddi karantin rejiminə qayıtmalı olacaq. İnfeksiyanın yeni yayılma tempi əvvəlcə meyvə plantasiyalarının işçiləri arasında, daha sonra ailələrdə aşkarlanıb. Son üç gündə 50 yoluxma halı qeydə alınıb.

"2-ci faza”ya qayıdış restoranlarda (bardan istifadə etmədən) 50 faizə, hovuzlarda isə üçdəbir dəfəyə qədər məhdudlaşdırılmış giriş icazəsini nəzərdə tutur.

Həyəcan vəziyyətini tənzimləyən qanun hökumətə imkan verir ki, müəyyən şəraitlərdə, epidemiya ilə bağlı səhiyyə sahəsində yaranmış böhran halları da daxil olmaqla, həmin qanunu "milli ərazinin bütün və ya bəzi hissələrində” də elan etsin. Ölkə hakimiyyəti karantin rejiminin yenidən tətbiq olunmaması üçün İspaniya vətəndaşlarını sanitar-epidemioloji tədbirlərə riayət etməyə çağırır.

İspaniyada bu günə kimi 293 min 584 nəfərdə koronavirusa yoluxma faktı qeydə alınıb, 28 min 324 nəfər isə həyatını itirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video