23 Iyun 2020 19:06
444
CƏMİYYƏT
A- A+

“Erməni terrorizminin dünəni və bu günü” mövzusunda videokonfrans təşkil olunub

 
Azərbaycanın Türkiyədəki səfirliyi, UNESCO yanında daimi nümayəndəliyimiz və Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun birgə təşkilatçılığı ilə "Şəhadətinin yüz ilində Fətəli xan Xoyski və türk dövlət adamlarına qarşı erməni terrorizminin bir əsrlik tarixi” mövzusunda videokonfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, fondun rəhbəri, professor Aygün Əttarın sədrliyi ilə keçirilən videokonfransda Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin UNESCO yanında daimi nümayəndəsi, səfir Anar Kərimov və Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu çıxış ediblər.

Çıxışlarda ermənilərin Qafqaza köçürülməsi, Azərbaycan torpaqlarında Ermənistan dövlətinin yaradılması, ermənilərin türklərə qarşı düşmənçiliyi, görkəmli dövlət xadimlərimizə qarşı həyata keçirilən terror aktları, nəhayət, Azərbaycana qarşı həyata keçirilən təcavüzkar siyasət və mövcud işğal faktı barədə danışılıb. Diqqətə çatdırılıb ki, terrorçu Ermənistan dövlətinin təcavüzkar siyasəti nəticəsində maddi-mədəni irsimizə qarşı soyqırımı gerçəkləşdirilib.

Ümummilli lider Heydər Əliyevin "Bir millət, iki dövlət” kəlamını nəsillərə örnək kimi dəyərləndirən çıxışçılar əminliklə bildiriblər ki, tarixin ağır sınaqlarından üzüağ çıxmağı bacaran xalqlarımız birgə mübarizə ilə işğal altında olan Azərbaycan torpaqlarının xilasına nail olacaq. Bunun üçün mövcud problemin, ilk növbədə, müsəlman-türk aləminə çatdırılmasının vacibliyi bildirilib.

Qeyd edək ki, professor Aygün Əttar Türkiyənin "Star” qəzetinin saytında "Yüz il əvvəl Nemesis, bu gün PKK” sərlövhəli məqalə ilə çıxış edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video