23 Iyun 2020 19:05
630
CƏMİYYƏT
A- A+

Operativ Qərargah: Gürcüstandan və Rusiyadan 428 nəfər Azərbaycan vətəndaşının ölkəyə qayıtması təmin edilib

 
COVID-19 pandemiyası ilə əlaqədar qarşılıqlı razılıq əsasında Azərbaycan Respublikası ilə Gürcüstan və Rusiya Federasiyası arasında müntəzəm sərnişin hava uçuşları və dəmir yolu sərnişin daşıması müvəqqəti dayandırıldığından vətəndaşların qəbulu məqsədilə xüsusi çarter reysləri və ölkələrin quru sərhədlərində yaradılan xüsusi keçiddən istifadə olunur.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a verilən məlumata görə, Azərbaycana gəlmək istəyən vətəndaşların müraciətləri əsasında Gürcüstandan ölkəmizə daha 176 nəfər soydaşımız əvvəlcədən müəyyən olunan siyahı əsasında Şıxlı sərhəd-nəzarət məntəqəsindən keçərək Vətənə qayıdıb.

Bununla yanaşı, Azərbaycan və Rusiya sərhədindəki Samur sərhəd-nəzarət məntəqəsi vasitəsilə ölkəmizə gəlmək istəyən 252 vətəndaşımızın da Azərbaycana qayıtması təmin edilib.

Sərhədi keçən vətəndaşlar Azərbaycanda tətbiq edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq karantin zonalarında yerləşdirilirlər.

Xatırladaq ki, xarici ölkələrdə olan və Azərbaycana gəlmək istəyən vətəndaşlarımızın geri qayıtması ilə əlaqədar koronavirus pandemiyası dövründə ardıcıl tədbirlər görülür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video