23 Iyun 2020 17:41
568
CƏMİYYƏT
A- A+

Daha 318 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirilib

 
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 97 ictimai iaşə obyekti, 221 ərzaq satışı mağazası olmaqla ümumilikdə 318 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 186-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb.

Həmin müəssisələr arasında Bakının Xətai rayonunda "Ailəvi” market, Yasamal rayonunda "Grandmart” market, Səbail rayonunda "Spar” market, Qaradağ rayonunda "Cənub” market, Abşeron rayonu, Masazır qəsəbəsində "Şərq” market, Bərdə rayonunda "Təbriz” market ,"Veysəloğlu” market, Əzizov Ceyhun İsmayıl oğlu və Məmmədyarov Tofiq İsfəndiyar oğluna məxsus kafelər, Gəncə şəhərində "İlkin” market, "Qold” market, "Al market”, "Şan” market, "Uğur” market, "Əminə” market, "D.A.A.F” market və Abdullayev Pərviz Təvəkkül oğluna məxsus ərzaq mağazası, Sabirabad rayonunda Xəlilov Namiq Gülağa oğluna məxsus kafe, Aslanov Etibar Həsənağa oğlu, Qurbanov Tarıverdi Ağacan oğlu, Ələsgərov Nurlan Sahib oğluna məxsus ərzaq mağazaları, Qəbələ rayonunda "Yeni Həyat” market, Mikayılov Adil Nadir oğluna və Həmidov Tacəddin Siracəddin oğluna məxsus ərzaq mağazaları, Şəki şəhərində Hüseynov Habil Hüseyn oğluna və Musayev Sərdar Vəliyəddin oğluna məxsus kafelər, Qax rayonunda Hacıyev Vüqar Fəxrəddin oğluna məxsus kafe, Balakən rayonunda Nurəddinov Abduzahir Nurullah oğluna məxsus ət satışı mağazası, Tovuz rayonunda "Qafqaz” restoranı, Lənkəran rayonu, Vilvan kəndində "Şənay” market, "Limon” kafe, Girdəni kəndində "Dəmirağac” market, Kürdəmir rayonunda Quliyev Cəbrayıl Natiq oğluna, Bayramov Elnur Əziz oğluna məxsus yeməkxanalar, Göyçay rayonunda Şirinli Əli Şahin oğlu, Səmədov İlham Möhlət oğlu, Hacıməmmədov Eldəniz Səmid oğlu, Süleymanov Elşən Paşa oğluna məxsus ərzaq mağazaları, İsmayıllı rayonunda Abdullayev Rəşad Nəriman oğlu, Comərdov Həbib Mansur oğlu, Cəfərli Nazim Süphan oğluna məxsus ət satışı mağazaları və Əsədov Fərid Azad oğluna məxsus ərzaq mağazasında daha çox uyğunsuzluqlar aşkar edilib.

Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video