23 Iyun 2020 16:10
544
DÜNYA
A- A+

İlin ikinci rübündə dünya ticarətinin həcmi 18,5 faiz azala bilər

 
Koronavirus pandemiyası nəticəsində 2020-ci ilin ikinci rübündə dünyada əmtəə ticarətinin həcmi 18,5 faiz azala bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat Ümumdünya Ticarət Təşkilatının Cenevrə şəhərində dərc olunan məruzəsində yer alıb.

"Ümumdünya Ticarət Təşkilatının statistikasına görə, ilin birinci rübündə əmtəə ticarətinin həcmi 3 faiz azalıb. Virus və ona qarşı görülən izolyasiya tədbirlərinın əhalinin xeyli hissəsinə təsir etdiyi ikinci rüb üçün ilkin proqnozlar bu göstəricinin 18,5 faiz aşağı düşə biləcəyini göstərir”, - deyə məruzədə bildirilir.

Ekspertlərin sözlərinə görə, vəziyyət daha pis ola bilərdi. Ümumdünya Ticarət Təşkilatı aprel ayında 2020-ci il üçün proqnozunda pandemiya ilə bağlı vəziyyətin iki inkişaf ssenarisinin nəzərdən keçirildiyini xatırladıb. Optimist ssenariyə görə cari ildə əmtəə ticarətinin həcminin 13 faiz, pessimist ssenariyə görə isə 32 faiz azalması nəzərdə tutulurdu. İlk variantın reallaşması üçün bundan sonra ticarət həcmi hər rübdə 2,5 faiz artmalıdır.

Mütəxəssislər ikinci mümkün koronavirus dalğasının ticarətin azalmasına, daha zəif iqtisadi artıma və dövlətlər tərəfindən ticarət məhdudiyyətlərinə səbəb olacağı halda 2021-ci ilin perspektivlərini də qeyri-müəyyən hesab edirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video