23 Iyun 2020 16:09
4283
CƏMİYYƏT
A- A+

Çörəyi ver çörəkçiyə, birini də üstəlik

 
Əsrlər boyu Azərbaycan xalqı çörəyi müqəddəs hesab edib, öpüb gözlərinin üzərinə qoyub. Hər zaman kəsdiyimiz duz-çörək bizim üçün müqəddəs sayılıb, and yerimiz olub. Buna baxmayaraq, bu isti yay günlərində, xüsusən pandemiya ilə əlaqədar sərtləşdirilmiş karantin günlərində çörəkdən necə israfçılıqla istifadə etməyimiz də unudulmamalıdır. Bəs israfçılığa yol verməmək üçün nə etməliyik? Tərkibindən asılı olaraq bəzi çörəklər, ümumiyyətlə, öz təravətini ancaq bir neçə saat saxlayır. Belə isti günlərdə boyatlaşmamış və azı bir gün tərkibi dəyişmədən qalan çörəkləri necə seçmək lazımdır?

Bu suallara aydınlıq gətirmək üçün AZƏRTAC-ın əməkdaşı çörəkçilərlə söhbət edib. İşlərinin peşəkarları olan çörəkbişirənlər bildiriblər ki, yay günlərində çörəyin xarab olub-olmaması onun xəmirinə qatılan mayanın necə olmasından asılıdır. Maya kimyəvi tərkibli, yaxud çox miqdarda olarsa, çörəyin qalma müddəti də azalır.

Çörək müəssisələrdə el arasında "droj” adlanan maya ilə bişirilir. Lakin bəzi çörəkbişirmə sexləri də var ki, çörəyi əsrlər öncə hansı qayda isə bişirirdilərsə, indi də o qaydanı saxlayırlar. Dədə-baba üsulu ilə bişirilən çörəkləri bir neçə gün saxlamaq olur. Uzun illərdir çörəkçiliklə məşğul olan Qazax sakini Sahibə Vəliyeva deyir ki, bəzən çörəyin tez xarab olması unun tərkibindən də asılı olur. Maya artıq olanda da çörək yapışqanlaşır və tez xarab olur. Alıcılar bu cür çörəklərdən istifadə etməməlidir. Xüsusilə indi yay aylarında çörək daha tez xarab olur.

İndiki dövrdə çörək müasir texnologiya əsasında istehsal edilir. Amma köhnə ənənələri qoruyub, müasir texnologiya və soba sistemini saxlayan sexlər də var. Sahibkar Toğrul Yusifov bildirir ki, əsas diqqət çörəyin tərkibinə verilməlidir. "Biz çörəyi köhnə üsulla bişiririk - sobada, odunla. "Balatı” dediyimiz mayadan istifadə edirik, hansı ki, tərkibində kimyəvi tərkib yoxdur. Bundan başqa, çörəyin daha keyfiyyətli olması üçün un mütləq ələkdən keçirilməlidir,” - deyə Toğrul Yusifov qeyd edir.

Çörəkçilər hesab edirlər ki, çörəyin yapışqan və istidə keyfiyyətini tez itirməsi çörək müəssisələrinin deyil, bəzən də unun keyfiyyətli olmamasından da qaynaqlana bilər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video