23 Iyun 2020 15:48
896
Elm və texnika
A- A+

Akademik: zamanında görülən tədbirlər xalqımızı pandemiyanın gözlənilən ağır nəticələrindən qoruya bildi

 
Yeni növ koronavirus (COVID-19) bəşər tarixində görünməmiş dərəcədə dəhşətli virusdur. O, heç bir səhlənkarlığı "bağışlamır”. Artıq dünyada 9 milyondan çox insan koronavirusa yoluxub, 480 minədək insan isə bu bəlanın qurbanı olub. Xalqımız koronavirus infeksiyasından 161 vətəndaşını itirib. Zamanında görülən tədbirlər xalqımızı pandemiyanın gözlənilən ağır nəticələrindən qoruya bildi. Dünyanın ən güclü hesab edilən dövlətləri bu bəla qarşısında aciz qaldığı halda, ölkəmiz bu hal ilə qarşılaşmadı.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov söyləyib.

Akademik bildirib ki, dünya üçün bu ağır sınaq günlərində xalqımızı ümumbəşəri bəla olan COVID-19 infeksiyasından maksimum dərəcədə qorumaq üçün Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tərəfindən ciddi və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

COVID-19 ilə mübarizə üçün ayrılan 3,5 milyard manat vəsaitin ümumdaxili məhsulun dörd faizi qədər olması dövlətimizin bu mübarizəyə sərf etdiyi vəsaitin əyani göstəricisidir. Mübarizənin birinci mərhələsini az itki ilə böyük epidemiya təhlükəsi olmadan keçməyimiz dövlətimizin, həkimlərimizin və polislərimizin fədakar əməyi sayəsində mümkün oldu. Həyatlarını riskə qoyaraq bizləri qoruyan fədakar həkimlərimizə və polislərimizə qarşı diqqətli olmalıyıq. Ən azı səliqə-sahmanlı yaşam tərzimizlə, tələb olunan şərtlərə ciddi riayət etməklə onlara kömək etməliyik.

"Bir neçə saatlıq "istirahət üçün” heç kimin nə özünü, ailəsini, nə də bütövlükdə xalqı risk altında qoymaq haqqı yoxdur. Maska taxmadan, əlləri tez-tez dezinfeksiya etmədən ictimai nəqliyyatda getmək, iş yerlərində çalışmağın təhlükəli olduğunu hər birimiz bilməliyik. Hamımız "Evdə qal” çağırışına mümkün qədər ciddi riayət etməli, maska taxmadan işə, ictimai yerlərə getməməli, sosial məsafəni saxlamalı, bizi qoruyan həkimlərimizə və polislərə hörmətlə yanaşmalıyıq”, - deyə akademik Vaqif Abbasov bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video