23 Iyun 2020 12:04
536
DÜNYA
A- A+

Donald Tramp: ABŞ və Çin arasında ticarət sazişi öz qüvvəsində qalır


ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ştatlar və Çin arasında əldə olunan ticarət sazişinin qüvvədən düşdüyü barədə məlumatları təkzib edib.

AZƏRTAC bu barədə Donald Trampın "Twitter” səhifəsinə istinadla xəbər verir. "Çinlə ticarət sazişi tam qüvvədədir. Ümid edirəm ki, Pekin sazişin şərtlərini yerinə yetirməyə davam edəcək”, - deyə ABŞ Prezidenti yazıb.

Bir müddət öncə Ağ evin yanında Ticarət üzrə Milli Şuranın rəhbəri Piter Navarro Fox News Channel telekanalına müsahibəsində Donald Trampın Çinlə ticarət sazişinin fəaliyyətini dayandırmaq niyyətində olduğunu deyib. Sonradan Bloomberg agentliyi Piter Navarronun sözlərinin kontekstdən çıxarıldığı barədə bəyanatını dərc edib. "Sözlərim kontekstdən çıxarılıb. Onlar ticarət sazişinin qüvvədə qalacaq birinci fazasına aid deyildi”, - deyə qurumun rəhbəri bildirib.

Xatırladaq ki, yanvarın 15-də Vaşinqtonda ABŞ və Çin arasında ticarət sövdələşməsinin ilk fazası üzrə saziş əldə olunub. Sənədi Birləşmiş Ştatlar Prezidenti Donald Tramp və ÇXR Dövlət Şurası sədrinin müavini Lü He imzalayıb. Donald Trampın sözlərinə görə, saziş ticarət defisitini aradan qaldırmağa imkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video