23 Iyun 2020 11:30
400
SİYASƏT
A- A+

Mühəndis Qoşunlarının yeni infrastruktur obyekti istifadəyə verilib


Müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-leytenant Fuad Məmmədov Mühəndis Qoşunlarının yeni inşa edilmiş mühəndis infrastrukturunun açılışında iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, general-leytenant F.Məmmədov hərbi hissədə yeni inşa edilmiş əsgər yataqxanası, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana kompleksi, eləcə də digər xidməti və inzibati obyektlərə baxış keçirib.

Mühəndis qoşunlarının hissə və bölmələrində döyüş hazırlığının təşkili və aparılması, mühəndis-istehkam bölmələrinin taktiki-xüsusi, xüsusi və texniki hazırlığının yüksək səviyyədə saxlanılması üçün yeni mühəndis şəhərciyi və mühəndis texnikalarının sürücülük sahəsi də hazırlanaraq istifadəyə verilib.

Qeyd olunub ki, yaradılan şərait Mühəndis Qoşunlarının hissə və bölmələrinin döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasına müsbət təsir göstərəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video