23 Iyun 2020 00:25
847
ELANLAR
A- A+

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti Almaniya İnkişaf Bankı (KfW) ilə birgə maliyyələşdirilən layihə çərçivəsində Gəncə şəhərinin mərkəzi hissəsində su və kanalizasiya sisteminin tikintisi üzrə qurulacaq sistemin dayanıqlı istismarı və texniki xidmətin təmin edilməsi məqsədilə layihənin Hökumət payı iştirakı hesabına “Gəncə Sukanal” TSC-nin İqtisadi Planının hazırlanması xidmətlərinin satın alınması üçün kotirovka sorğusu elan edir


Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Moskva prospekti, 67, "Azərsu” ASC-nin Təchizat və satınalmaların idarə olunması departamentinin Satınalmaların təşkili şöbəsinə (əlaqələndirici şəxslər: Departament rəisinin müavini - Murad Abışev, tel: 431-47-67/1087 və Satınalmalar üzrə aparıcı-mühəndis - İntizam Novruzov, tel: 431-47-67/3019, [email protected]) yazılı müraciət edərək kotirovka sorğusunu əldə edə bilərlər.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 25 iyun 2020-ci il saat 12:00-dan gec olmamaq şərtilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri "Azərsu” ASC, Bakı şəhəri, Moskva prospekti, 67 nömrəli ünvanda 29 iyun 2020-ci il saat 16:00-da açılacaqdır. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video