22 Iyun 2020 21:21
660
DÜNYA
A- A+

Dünyada turizm sektorunun gəlirləri dörd ayda 195 milyard dollar azalıb


Dünyada turizm sektorunun gəlirləri COVID-19 pandemiyası səbəbindən cari ilin ilk dörd ayında 195 milyard dollar azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı məlumat yayıb. Təşkilatın press-relizinə əsasən, yanvar-aprel aylarında xarici ölkələrə səyahət edən turistlərin sayı 97 faiz azalıb. Yəni, 2020-ci ilin ilk dörd ayında bu göstərici 44 faiz aşağı düşüb ki, bu da beynəlxalq turizm sektorundan gələn gəlirlərin təxminən 195 milyard dollar azalmasına səbəb olub.

Təşkilatın proqnozuna görə, bu il digər ölkələrə səyahət edən turistlərin sayı 850 milyondan 1,1 milyarda qədər, turizm sahəsinin gəlirləri isə 910 milyard dollardan 1,2 trilyon dollara qədər azala bilər.

Qeyd edək ki, 2019-cu ildə xarici ölkələrə səfər edən turistlərin sayı 1,5 milyard nəfər təşkil etmişdi. Bu, 2018-ci ildəki göstəricidən 4 faiz çox idi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video