22 Iyun 2020 16:04
773
DÜNYA
A- A+

Artıq bir həftədir ki, İranda koronavirusdan hər gün 100-dən çox insan ölür

Artıq bir həftədir ki, İranda koronavirusdan hər gün 100-dən çox insan ölür. Son 24 saat ərzində 2573 nəfər virusa yoluxub, 119 nəfər isə vəfat edib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Səadət Sima Lari keçirdiyi gündəlik mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, İranda yoluxanların ümumi sayı 207 min 525 nəfərə, ölənlərin sayı isə 9742-ə çatıb. Xüsusi xəstəxanalarda müalicə alan 166 min 427 nəfər isə sağalaraq evə buraxılıb. İntensiv terapiyada yatan 3500-dən çox xəstənin vəziyyəti ağır olaraq qalır.

İranda vəziyyətin belə ağır xarakter alması mətbuatda və sosial şəbəkələrdə kəskin müzakirəyə səbəb olub.

Bəzi mətbuat orqanları yazır ki, sanksiyalar İran iqtisadiyyatına böyük mənfi təsir göstərir. Belə bir zamanda istehsal müəssisələrinin və ticarətin uzun müddət ərzində fəaliyyətini dayandırmaq daha böyük iqtisadi fəlakətə gətirib çıxara bilərdi. Bu səbəbdən də İran hökuməti iqtisadiyyatı bərpa etmək məcburiyyətində qaldı ki, bu da virusun yayılmasına gətirib çıxardı.

Tibb mütəxəssisləri isə vətəndaş məsuliyyətindən də çox şeyin asılı olduğunu bildirirlər. Qeyd olunur ki, insanlar həkimlərin məsləhətinə laqeyd yanaşaraq sosial məsafəni gözləmir, tibbi maska və əlcəklərdən istifadə etmirlər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video