22 Iyun 2020 15:24
623
SİYASƏT
A- A+

“News Blaze”: Bu yaxınlarda dərc olunmuş sənəd Amerika ermənilərinin nasizmi və antisemitizmi dəstəkləməsi barədə faktları ifşa etdi


"News Blaze” nəşrində amerikalı jurnalist və publisist Nurit Qringerin "Bu yaxınlarda dərc olunmuş sənəd Amerika ermənilərinin nasizmi və antisemitizmi dəstəkləməsi barədə faktları ifşa etdi” sərlövhəli məqaləsi çıxıb.

Məqalənin müəllifi yazır ki, ABŞ Konqresinin 1945-ci ildə yazılan və bu yaxınlarda açıqlanan hesabatında daşnaklardan – 1890-cı ildə əsası qoyulan və hazırda Ermənistanda, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Qarabağ regionunda, həmçinin ABŞ-da və erməni diasporunun olduğu digər ölkələrdə fəaliyyət göstərən ifratmillətçi erməni partiyasının davamçılarından bəhs edilir.

AZƏRTAC xəbər verir ki, Miçiqandan olan konqresmen Frenk E.Huk tərəfindən təqdim edilən rəsmi sənəddə "Daşnaksutyun” Erməni İnqilabi Federasiyası "çoxillik faşist-terrorçu fəaliyyəti təcrübəsinə malik dəstə” kimi təsvir edilir. Sənəddə o vaxt irqçilik siyasətinə və daşnakların taktikasına qarşı çıxış edən erməni əsilli amerikalılara qarşı törədilmiş şantaj və qətl halları misal çəkilir. N.Qringer yazır ki, Amerikanın Erməni apostol kilsəsinin keşişi, arxiyepiskop Leon Turyan daşnakların ən qatı tənqidçilərindən biri olub. 1933-cü ildə Nyu-Yorkda Milad messası zamanı arxiyepiskop daşnaklar tərəfindən öldürülüb.

Konqresin hesabatının xülasəsi daha çox həyəcan doğurur. Orada göstərilir ki, daşnaklar Adolf Hitlerin ideologiyasını və nasist Almaniyasının antisemit siyasətini hərtərəfli dəstəkləyirdilər. Müəllif qeyd edir ki, daşnakların Bostonda çıxan "Hairenik” qəzetində bu barədə açıq-aşkar yazılıb və Adolf Hitler "bəşəriyyətə hədiyyə” adlandırılıb.

Ermənistanda ən "tanınmış” müharibə qəhrəmanlarından biri olan Qaregin Njde, həm də daşnakların lideri və "Hitleryugend”in (Alman Milli-Sosialist Fəhlə Partiyasının gənclər təşkilatı) nümunəsi olaraq yaradılan və nasistlərin ari üstünlüyü nəzəriyyəsini əks etdirən erməni milli və irqçi ideologiyası olan "seqakronizm”in banisi idi. Nəticə etibarilə, təəccüblü deyil ki, Njde on minlərlə erməni əsgərindən ibarət olan və Krım, Qafqaz, Polşa və Fransada nasist döyüşlərində iştirak edən vermaxtın erməni legionuna rəhbərlik edirdi. Onlar, həmçinin yəhudilərin sürgün edilməsini dəstəkləyir, nasistlərə yəhudiləri əsir düşərgələrinə göndərməkdə yardım edir, həm də müqavimət hərəkatı döyüşçülərinə qarşı mübarizədə iştirak edirdilər.

Njdenin cinayətkarlığına bilərəkdən göz yuman Ermənistan onu açıq şəkildə "milli qəhrəman” kimi şöhrətləndirməkdə davam edir. 2016-cı ildə Ermənistan hökuməti nasistlərin bu müttəfiqinə Yerevanın mərkəzində abidə ucaldıb. Ermənistanın paytaxtında bir meydana və Yerevan metrosunun bir stansiyasına bu daşnakın adı verilib və Ermənistan məktəblərində erməni uşaqlarına onun irsini öyrədirlər.

Nurit Qringer qeyd edir ki, bu illər ərzində daşnaklar o qədər də dəyişməyiblər. Antisemitizm Ermənistanda, həmçinin dünya ölkələrində mövcud olan erməni icmalarında geniş yayılan problemdir. Yəhudilərə münasibətdə antisemitizmə və dözülməzliyin digər formalarına qarşı çıxış edən Amerika yəhudi qeyri-hökumət ictimai-siyasi hüquq müdafiə təşkilatının – Antidiffamasiya Liqasının "Qlobal indeks 100” tədqiqatının nəticələrinə dair hesabatda qeyd edilir ki, ermənilərin əksəriyyəti dərin antisemit əhval-ruhiyyədədir ki, bu saya görə də ermənilər Avropada antisemit millət hesab olunur. 2018-ci ildə Pyu Tədqiqatlar Mərkəzinin apardığı sorğuların gedişində ermənilərin 32 faizi yəhudiləri Ermənistan vətəndaşı qismində qəbul etmədiklərini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video