22 Iyun 2020 15:18
17950
Turizm
A- A+

Səudiyyə Ərəbistanı nəhəng büdcəsi olan Turizmin İnkişafı Fondunu yaradıb


Səudiyyə Ərəbistanında 4 milyard dollar büdcəsi olan Turizmin İnkişafı Fondu yaradılıb. Fondun fəaliyyətini təmin etmək üçün əlavə olaraq özəl banklarla 45 milyard dollar məbləğində kreditlər ayrılması barədə razılıq əldə olunub.

AZƏRTAC xəbər verir ki, Krallığın Turizm naziri Əhməd əl-Xətib jurnalistlərə müsahibəsində turizm sektorunun ölkə üçün böyük əhəmiyyətini qeyd edib. Vurğulayıb ki, bu sektorun fəaliyyətinin gücləndirilməsi Səudiyyə Ərəbistanının daha populyar turizm istiqamətinə çevrilməsi, əhalinin məşğulluğunun təmin edilməsi və ölkəyə valyuta axınının artması baxımından mühümdür.

Krallığın vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın rəhbərlik etdiyi Milli İnkişaf Fondu artıq yeni fondun İdarə Heyətinin tərkibini təsdiq edib. Turizmin İnkişafı Fondu 2022-ci ilədək Səudiyyə Ərəbistanının 38 şəhərində yerli və beynəlxalq turizmin inkişafı üzrə milli strategiyanı həyata keçirəcək.

Qeyd edək ki, hazırda turizm sektorundan gəlirlər ümumi daxili məhsulun 3 faizini təşkil edir və Krallığın Nazirlər Şurası 2030-cu ildə bu göstəricini 10 faizə çatdırmağı planlaşdırır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video