22 Iyun 2020 15:14
1157
Elm və texnika
A- A+

5G texnologiyasının perspektivləri və tətbiq sahələrinə dair məruzə dinlənilib


2019-cu ildən geniş yayılmağa başlayan rəqəmsal mobil şəbəkələr üçün beşinci nəsil simsiz texnologiya olan 5G saniyədə 20 Gb-yə qədər sürətli internet təmin edə bilər.

Bu fikri institutun elmi işçisi Kamran Cəfərzadə AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn elmi seminarında səsləndirib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, "5G texnologiyası: perspektivləri və tətbiq sahələri” mövzusuna həsr olunan seminar "Zoom” proqramı vasitəsilə müzakirə edilib.

Məruzəçi 5G şəbəkə avadanlığının əsas təchizatçılarının "Huawei”, "Nokia” və "Ericsson” şirkətləri olduğunu diqqətə çatdırıb. O, dünyanın ilk 5G modemi, 5G-ni dəstəkləyən ilk cihaz, eləcə də Azərbaycanda 5G texnologiyasının tətbiqi barədə məlumatı diqqətə çatdırıb. Mobil rabitə şirkəti "Azercell Telekom”un öz tərəfdaşı "Ericsson” ilə birlikdə 5G şəbəkəsinin sınağı zamanı 1,1 Gb/san yükləmə sürəti qeydə aldığını vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video