22 Iyun 2020 14:46
570
İQTİSADİYYAT
A- A+

Bakıda 220 kilovoltluq yeni yarımstansiya tikilib


Bakı şəhəri və ətraf qəsəbələrin sosial, iqtisadi, sənaye və digər sahələrinin sürətli inkişafını, əhalinin, o cümlədən son illərdə tikilən çoxmənzilli binaların elektrik enerjisinə artan tələbatını ödəmək üçün "Azərenerji” ASC sistem əhəmiyyətli 220/110/10 kilovoltluq tam yeni yarımstansiya tikib.

ASC-dən AZƏRTAC-a bildirilib ki, "Böyükşor” adlanan yeni 220 kilovoltluq yarımstansiya istehlakçıların normalara uyğun keyfiyyətli elektrik enerji ilə təchizatında müstəsna rol oynayacaq.

Qeyd edilib ki, Bakı şəhərinin şimal hissəsindəki 110 kilovoltluq yarımstansiyaları qidalandırmaqla yanaşı, paytaxtdakı sistem əhəmiyyətli mövcud 220 kilovoltluq yarımstansiyaların yükünü azaltmağa, bununla da qəzaların qarşısını almağa, itkiləri minimuma endirməyə, dayanıqlılığı və etibarlılığı artırmağa xidmət edəcək.

Atmosfer şəraitinin təsirinə məruz qalmamaq, ətraf mühiti qorumaq və daha az yer tutmaq üçün qapalı şəraitdə, tam müasir üslubda tikilən "Böyükşor” yarımstansiyasında 3 ədəd 250 meqavolt/amper gücündə transformator, 220 və 110 kV-luq qapalı paylayıcı qurğular tikilib. Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer idarəetmə sisteminə qoşulacaq.

"Böyükşor” yarımstansiyasının sistemə qoşulması ilə Abşeron enerji qovşağını qidalandıran 220 kilovoltluq hava xətlərinin yüklənməsinin, həmçinin bu xətlərdə olan itkilərin azalmasına nail olunacaq. "Böyükşor” yarımstansiyası qurularkən perspektiv sosial-iqtisadi inkişaf, əhalinin artan tempi nəzərə alınıb.

Qeyd edək ki, son iki ilə qədər Bakı və Abşeron yarımadasında cəmi 5 ədəd 220 kilovoltluq yarımstansiya fəaliyyət göstərirdi ki, onların da 4-ü istismar müddətini başa vurmuşdu. Son iki ildə isə "Böyükşor” və "Şimal” Elektrik Stansiyasının ərazisində qapalı tipli iki yarımstansiya tikilərək 220 kilovoltluq yarımstansiyaların sayı 7-yə çatdırılıb. Eyni zamanda, istismar müddətini bitirən sistem əhəmiyyətli dörd ədəd 220 kilovoltluq yarımstansiyanın ikisində yenidənqurma işi tamamlanıb, digər iki yarımstansiyada isə yaxın aylarda tamamlanacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video