22 Iyun 2020 11:41
1070
İQTİSADİYYAT
A- A+

Tərtər Bölgə Təcrübə Stansiyasının əkin sahələrində becərilmiş toxumluq taxılın biçininə başlanılıb


Ərzaq təhlükəsizliyinin təmin edilməsində kənd təsərrüfatının əsas prioritet istiqamətlərindən biri olan taxılçılıq mühüm əhəmiyyət kəsb edir. Taxıl istehsalının artırılmasına daha məhsuldar və xəstəliklərə davamlı sortların yaradılması, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı, intensiv becərmə texnologiyasının tətbiqi ilə nail olmaq mümkündür. Bu baxımdan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının fəaliyyəti tədqirəlayiqdir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bir neçə gündür Tərtər Bölgə Təcrübə Stansiyasının əkin sahələrində becərilmiş taxılın biçininə başlanılıb. Bölgə Təcrübə Stansiyasının direktoru Həqiqət Həşimova ilə elə biçin aparılan zəmidə həmsöhbət olduq. H.Həşimova Bölgə Təcrübə Stansiyasının fəaliyyəti, becərilən taxıl sortları barədə məlumat verdi. Bildirdi ki, hazırda stansiyada dənli bitkilərin seleksiyası, toxumçuluq və becərmə texnologiyası istiqamətlərində üç şöbə fəaliyyət göstərir. Stansiyanın fəaliyyətinin məqsədi Qarabağın suvarma zonası üçün yüksək məhsuldar, yatmaya və xəstəliyə davamlı sortların yaradılması və yüksək reproduksiyalı toxum istehsalıdır.

Respublikada əkilib-becərilən yumşaq buğdanın "Qırmızı gül”, "Qobustan", "Fatimə", "Şəfəq-2", "Mətin", "Əsgəran", "Xəzri", "Murov-2", arpanın "Qarabağ-22”, "Qarabağ-33”, "Günəş" sortları Azərbaycan Elmi-Tədqiqat Əkinçilik İnstitutunun əməkdaşlarının iştirakı ilə Tərtər Bölgə Təcrübə Stansiyasında yaradılaraq həyata vəsiqə alıb.

Stansiyanın becərmə texnologiyası şöbəsində yeni yaradılmış perspektiv sortların aqrotexnikası öyrənilir.

Toxumçuluq şöbəsində buğdanın 8, arpanın isə 4 sortunun elmi əsaslarla toxumçuluğu ilə məşğul olunur. Hər il burada 450-500 ton yüksək reproduksiyalı super elit və elit toxumları istehsal edilir.

2020-ci ilin məhsulu üçün 235,5 hektarda toxumluq arpa və buğda sortları əkilib. Hazırda taxıl biçini davam edir. Hər hektarın orta məhsuldarlığı 40 sentnerdir. Taxıl sortlarından asılı olaraq digər sahələrdə məhsuldarlığın 45 sentner olacağı gözlənilir. Ümumilikdə isə bu il min tona yaxın məhsul tədarükü proqnozlaşdırılır.

Taxıl biçini başa çatdıqdan sonra buğda və arpa sortlarının təmizlənməsi həyata keçiriləcək. İstehsal olunmuş toxumlar Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında respublikada fəaliyyət göstərən dövlət və özəl toxumçuluq təsərrüfatlarına, həmçinin fermerlərə veriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video