21 Iyun 2020 17:31
580
SİYASƏT
A- A+

Birləşmiş Ərəb Əmirlikləri koronavirusla mübarizədə dəstək məqsədilə Azərbaycana humanitar yardım göndərib


Koronovirusun (COVID-19) yayılmasının qarşısını almaq istiqamətində dəstək məqsədilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hökumətinin qərarı ilə iyunun 21-də bu ölkənin Etihad Hava Yollarına məxsus karqo təyyarəsi ilə Azərbaycana 11 ton tibbi ləvazimat və xəstələr üçün faraş kənd təsərrüfatı məhsullarından ibarət humanitar yardım göndərilib.

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, humanitar yardımın Əbu-Dabi beynəlxalq hava limanında ölkəmizə yola salınması mərasimində səfir Mahir Əliyev, BƏƏ-nin Azərbaycandakı səfiri Məhəmməd Əhməd Əl Qubeysi, BMT-nin BƏƏ-dəki əlaqələndiricisi Dr. Dena Assaf, həmçinin BƏƏ Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin beynəlxalq humanitar yardım idarəsinin rəisi Raşed Məhəmməd Humeri, protokol idarəsinin rəis müavini və BƏƏ Səhiyyə Nazirliyinin nümayəndəsi iştirak ediblər.

Mərasimdə səfirlər Mahir Əliyev və Məhəmməd Əl Qubeysi, eləcə də BMT-nin BƏƏ-dəki əlaqələndiricisi Dr. Dena Assaf bununla bağlı yerli televiziya kanallarına müsahibə veriblər.

Qeyd edək ki, BƏƏ hökuməti bu günədək koronovirusdan (COVID-19) əziyyət çəkən 66 ölkəyə 935 ton humanitar yardım göndərib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video