21 Iyun 2020 16:02
616
SİYASƏT
A- A+

Analitik: Moskva ilə Bakı arasında münasibətlərdə heç bir çətinlik yoxdur


Bir neçə MDB ölkəsi rəhbərlərinin Moskvada keçiriləcək Qələbə Paradında iştirak etməməsi siyasi məna daşımır.

AZƏRTAC xəbər verir ki, bu fikri "Valday” Beynəlxalq Diskussiya Klubu Fondunun Şura sədri Andrey Bıstritski söyləyib. O xatırladıb ki, MDB-nin bir neçə ölkəsində COVID-19 pandemiyası ilə əlaqədar karantin tədbirləri kəskinləşdirilib və bu səbəbdən həmin dövlətlərin rəhbərləri tədbirdə iştirak etməyəcəklər.

Rusiya Beynəlxalq İşlər Şurasının Baş direktoru Andrey Kortunov pandemiya şəraitində Rusiyanın Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə bağlı Moskvada keçiriləcək tədbirlərdə çoxlu sayda nümayəndə heyətinin iştirak edəcəyinə ümid bəsləmədiyini bildirib. "Həmin dövlətlərin başçılarının Paradda iştirak etməməsi ikitərəfli münasibətlərə təsir göstərməyəcək. Dövlət başçılarının tədbirə qatılmaması, eyni zamanda, bu ölkələrin İkinci Dünya müharibəsinin nəticələrinin revizionist traktovkasına qoşulması anlamına gəlmir”, - deyə ekspert vurğulayıb. Analitik Moskva ilə Bakı arasında münasibətlərdə heç bir çətinliyin olmadığını da diqqətə çatdırıb.

Xatırladaq ki, Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi münasibətilə mayın 9-da Moskvada keçirilməsi nəzərdə tutulmuş parad koronavirus pandemiyası ilə əlaqədar təxirə salınmışdı. Sonradan Rusiya Prezidenti Vladimir Putin Paradın iyunun 24-də keçirilməsi barədə qərar qəbul etmişdi.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video