21 Iyun 2020 00:05
713
CƏMİYYƏT
A- A+

“Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası” təsdiqlənib


"Ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili Qaydası” təsdiqlənib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Baş Nazir Əli Əsədov qərar imzalayıb. Bu Qayda xüsusi təyinatlı ümumi təhsil müəssisələri istisna olmaqla, tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələrinə şamil edilir.

Qərara əsasən mülkiyyət formasından asılı olmayaraq, bütün ümumi təhsil müəssisələri təhsilalanların, pedaqoji və texniki heyətin təhlükəsizliyini təmin etmək məqsədilə tədbirlər görməlidir.

Dövlət ümumi təhsil müəssisəsində mühafizə xidmətinin təşkili dövlət büdcəsində aidiyyəti dövlət orqanları (qurumları) üçün nəzərdə tutulmuş vəsaitlər, habelə qanunvericilikdə nəzərdə tutulan digər mənbələr hesabına, özəl və bələdiyyə ümumi təhsil müəssisələrində isə öz vəsaitləri hesabına həyata keçiriləcək. Dövlət ümumi təhsil müəssisəsində (bundan sonra -obyektlər) mühafizə xidmətinin təşkili müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə hissələri (bundan sonra - mühafizə hissələri) tərəfindən "həyəcan” siqnalizasiyası sistemi vasitəsilə həyata keçiriləcək.

Qərarda, həmçinin qeyd olunur ki, özəl və bələdiyyə ümumi təhsil müəssisələri mühafizə xidmətinin təşkili ilə əlaqədar göstərilən bütün mühafizə xidməti növlərindən istifadə edə bilər. Özəl və bələdiyyə ümumi təhsil müəssisələrinin mühafizəsi qanunvericiliyə uyğun təşkil edilməklə özləri tərəfindən, habelə müqavilə əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mühafizə İdarəsinin mühafizə hissələri və ya özəl mühafizə müəssisələri tərəfindən "Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təşkil olunmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video