20 Iyun 2020 14:36
640
DÜNYA
A- A+

Türkiyədə İŞİD və PKK terror təşkilatlarına qarşı keçirilən əməliyyatlar nəticəsində 35 nəfər həbs olunub


Türkiyə polisinin İŞİD və PKK terror təşkilatlarına qarşı keçirdiyi antiterror əməliyyatları nəticəsində 35 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Ankara Baş Prokrorluğunun İŞİD-ə qarşı açdığı cinayət işi əsasında 24 nəfər həbs olunub. Saxlanılanların 4-ü türkiyəli, 18-i iraqlı, 2-si suriyalıdır.

Daha bir antiterror əməliyyatı isə PKK terror təşkilatının gənclik bölməsinə qarşı keçirilib. Mərkəzi Diyarbəkirdə olmaqla İstanbul, Konya, Mardin və Tunceli şəhərlərində eyni vaxta keçirilən əməliyyatlarda barələrində həbs qətimkan tədbiri seçilən 14 şübhəlidən 11-i yaxalanıb.

Türkiyə Silahlı Qüvvələri isə İraqın şimalında həyata keçirdiyi antiterror əməliyyatında PKK-ya ağır zərbə vurub. Bildirilir ki, "Pəncə-Qaplan” adı ilə davam edən bu əməliyyat başlanandan bəri PKK-ya məxsus 700-dən çox hədəf, o cümlədən 150 mağara dağıdılıb, 160 partlayıcı zərərsizləşdirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video