20 Iyun 2020 13:00
831
DÜNYA
A- A+

Hindistanda koronavirusa 14,7 min yeni yoluxma halı qeydə alınıb


Hindistanda son sutka ərzində 14 min 721 nəfər yeni koronavirus infeksiyasına yoluxub, 366 nəfər isə həyatını itirib.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, iyunun 19-da ölkədə koronavirusa yoluxanların sayı 13 min 827 nəfər, ölənlərin sayı isə 342 nəfər təşkil etmişdi.

Hazırda Hindistan yoluxma hallarının sayına görə dünyada dördüncü yerdə qərarlaşıb. Koronavirus infeksiyasından ən çox ölkənin mərkəzində yerləşən Maharaştra ştatı zərər görüb. Burada 124 min 331 nəfər xəstə qeydə alınıb. Tamilnad ştatında 54 min 449, paytaxt Dehli dairəsində isə 53 min 116 nəfər COVID-19 xəstəliyinə yoluxub.

Qeyd edək ki, mart ayının 11-də Dünya Səhiyyə Təşkilatı COVID-19 xəstəliyinə səbəb olan yeni koronavirusun yayılmasını pandemiya elan edib. Saytın Bakı vaxtı ilə bu gün saat 11:30-a olan məlumatına əsasən, dünyada 8 milyon 766 mindən çox yoluxma və 462 min 706 ölüm faktı qeydə alınıb, 4 milyon 628 min 625 nəfər isə COVID-19 xəstəliyindən sağalıb.

Hindistanda koronavirusa yoluxanların sayı 396 min 182 nəfərə çatıb, 12 min 970 nəfər isə xəstəlik səbəbindən vəfat edib. Hazırda müalicə alan 169 min xəstədən 8 min 944-nün vəziyyəti ağır qiymətləndirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video