20 Iyun 2020 11:50
811
DÜNYA
A- A+

ÜST rəhbəri pandemiyanın yayılmasının sürətlənməsinə dair xəbərdarlıq edib


Bir sıra Avropa ölkələrində koronavirus pandemiyası ilə əlaqədar müsbət irəliləyiş əldə edilməsinə baxmayaraq, pandemiyanın yayılması sürətlənib.

AZƏRTAC xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Qebreyesus danışıb. O bildirib ki, dünya hazırda yeni və təhlükəli bir mərhələdədir. İnsanların çoxu evdə oturmaqdan bezib və bu, başa düşüləndir. Ölkələr iqtisadiyyatlarını və ictimai həyatı yenidən işlək hala gətirmək istəyirlər. Lakin virus sürətlə yayılır və öldürücü olaraq qalır. Daha çox sayda insan bu virusa yoluxa bilər.

ÜST rəhbəri bir daha insanları sosial məsafə saxlamağa, gigiyena qaydalarına riayət etməyə və əlləri mütəmadi şəkildə yumağa çağırıb. Bildirilib ki, bütün infeksiya ocaqları aşkarlanmalı və yoluxmuş şəxslər təcrid edilərək müalicə olunmalıdır.

Qeyd edilib ki, bir sutka ərzində ÜST-yə bütün dünya üzrə 150 min yeni yoluxma faktına dair məlumat daxil olub. Bu göstərici indiyədək bir sutka üçün olan ən yüksək rəqəmdir. Gündəlik artımın təxminən yarısı Şimali, Mərkəzi və Cənubi Amerikanın payına düşüb, Cənubi Asiya və Yaxın Şərq ölkələrində də yoluxma halları artıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video