Alternative content

18:48 02 Iyul 2020
ONLINE XƏBƏR LENTİ
PAYIZ ETÜDLƏRİ - FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir. Müstəqilliyin çətin yolları ilə kövrək addımlarını atan anamız Azərbaycan övlad məhəbbətinə və köməyinə daim ehtiyac duyur. Onun Qarabağ adlı yarasını sağaltmaq, bütövlüyünü bərpa etmək üçün hamımız əl-ələ verməliyik!
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts istanbul escorts

Azərbaycan Qəzeti Rəsmi Dövlət Qəzeti, Baş redaktor Bəxtiyar SADIQOV VİRUSA ÇEVRİLƏN İNSAN
VİRUSA ÇEVRİLƏN İNSAN
ANA SƏHİFƏ / SİYASƏT
00:41 20.06.2020


BUNUN SİMPTOMLARI MƏSULİYYƏTSİZLİK, QURU TƏKƏBBÜR, YALANÇI QORXMAZLIQ, BAŞQALARININ SAĞLAMLIĞINA VƏ HƏYATINA QƏDDARCASINA LAQEYD MÜNASİBƏTDİR


Aylardır ki, dünya koronavirusun əlində girinc qalıb!

Daha əvvəlki qaydada yaşamaq, işləmək və illər boyu vərdiş etdiyin tək davranmaq mümkün deyil!

Dərhal COVID -19 yaxandan yapışaraq səni dara çəkir!

Həm də təkcə səni yaxalamaqla kifayətlənmir, səni özünün yayıcısına, virus daşıyıcısına və insanların qəniminə çevirir!

Bircə əl tutmaq, mehribanlıq əlaməti sayılan öpüşmək (kişilər və qadınlar arasında), nəfəs-nəfəsə dayanmaq, iki metr məsafədən yaxınlıqda asqırmaq və ya öskürmək, qapalı yerdə qoruyucu maskasız oturmaq kifayətdir ki, bir virus daşıyıcısı gün ərzində onlarca şəxsi yoluxdursun!

Sonra həmin onlarca nəfər virus daşıyıcısına və yayıcısına çevrilir: bilərəkdən və yaxud bilməyərəkdən!

Fərqi yoxdur!

Nəticə eynidir!

Sən artıq başqasının sağlamlığına son qoydun!

Bu insan ailə üzvün, doğman, qohumun, yaxının, dostun, qonşun, iş yoldaşın, yaxud tanımadığın birisi də ola bilər!

Səbəbkar sənsən!

Əvvəlcə özünü qorumadığına, sonra isə infeksiya yayıcısına, virus daşıyıcısına çevrildiyinə görə!

Virus insana çevrildiyinə görə!

Beləliklə, insanların əziyyət çəkməsinə, həkimlərin iş yükünün sürətlə artmasına səbəb olursan, dövlətin bu bəlaya qarşı uğurlu mübarizəsinə əngəl törədirsən!

***

Virus adam başqalarından asanlıqla seçilir.

Küçə ilə gedəndə qabağımıza çıxır!

Avtobus və metroda yanımızda dayanır!

Mağazalarda əksəriyyətdən fərqli hərəkətlər edir!

Xahişlə deyirsən, baxmır!

İradları qəbul etmir!

Qoyulmuş sosial - məhdudlaşdırıcı qaydaları qulaqardına vurur!

Özünü hamıdan ağıllı, məlumatlı sayır!

Hətta başqalarını da koronavirus adlı infeksiyanın mövcud olmadığına, dünyanın "maraqlı dövlətləri” tərəfindən uydurulduğuna inandırmağa çalışır!

Elə bil ölkələrdə yoluxma hallarının sürətlə artması barədə məlumatları eşitmirlər!

Hər yanda ölüm faktlarının artmasından xəbərsizdirlər!

Polis nəfərini görəndə isə qaçıb gizlənirlər!

Yaxalananda min bir bəhanə və yalan ilə özlərinə bəraət qazandırmağa, güzəştə nail olmağa çalışırlar!

Virus insanlar nadancasına əl çəkmədikləri inadkarlıqlarına görə dövlətin çəkdiyi xərclərin və gördüyü işlərin səmərəsini azaldırlar!

Sanki lovğalıq mərəzi qulaqlarını kar, gözlərini kor edib!

***

Dövlətimiz Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fədakar fəaliyyətləri ilə qısa müddətdə çox iş görüb, pandemiyaya qarşı mübarizədə dünyanın nəhəng dövlətlərini bir sıra parametrlər üzrə üstələyib!

LAP QISA ŞƏKİLDƏ BİR DAHA XATIRLADIRIQ:

* Dövlət həyəcan təbili çaldı, virusdan necə qorunmaq lazım olduğunu izah etdi və zəruri şərait yaratdı;

* Xüsusi karantin rejimi tətbiq edərək (Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah vasitəsilə) insanlara evdə oturmaq icazəsi verdi;

* Koronavirusa qarşı mübarizə fondu yaradıldı, işə getməyənlərə və işləməyənlərə sistemli şəkildə yardım göstərilməsinə başlandı, bu məqsədlə dövlət büdcəsindən 3,5 milyard manat vəsait ayrıldı;

* ÜST ilə əlaqə yaradıldı, iki dəfə bu quruma (hər dəfədə 5 mln. dollar həcmində) vəsait köçürüldü, onun tövsiyə və məsləhətlərindən istifadə edildi;

* Ölkə xəstəxanaları COVID-19-a qarşı mübarizə sisteminə keçirildi, yeni klinikalar, modul tipli xəstəxanalar açıldı, hotellər və istirahət mərkəzləri, Bakı Olimpiya kəndi karantinə alınanlar üçün ayrıldı, yoluxan hər ölkə vətəndaşı həkim nəzarətinə alındı.

GÖRÜLƏN İŞLƏR NƏTİCƏSİNDƏ YOLUXMALARIN SAYI AZALDI, PANDEMİYA SÖNMƏYƏ BAŞLADI:

*Sonra ölkə vətəndaşlarının şüurlu addımlarına bel bağlanaraq yumşalma aparıldı, iqtisadi tempi saxlamaq üçün qabaqlayıcı tədbirlər görüldü;

***

Prezident İlham Əliyev televiziya vasitəsilə çıxışında qorunma qaydalarına əməl edilməsinin vacibliyini bir daha diqqətə çatdırdı, hamıdan qoruyucu maskalardan istifadə etməsini xahiş etdi!

Bəli, xahiş etdi, tələb yox!

Məgər bu 3 qaydaya - qoruyucu maska taxmaq, sosial məsafə saxlamaq və şəxsi gigiyena qaydalarına əməl etmək bu qədər çətin və əziyyətlidirmi?

Bəs virus adamlar nə etdilər?

Prezidentimizin gördüyü işlər hesabına cilovlanmış virusun yenidən əl-qolunu açmağa başladılar!

Virus adam kimdir, necədir, özünü nə sayaq aparır?

Onları bir daha tanıyın:

* O, özünü "qəhrəman” sanır, nümayişkaranə şəkildə maska taxmır, sosial təcrid qaydalarına əməl etmır!

* O, yekəxanadır, üzü maskalıları görəndə ironik təbəssümlə gülümsəyir, sanki "siz qorxaqsınız, mənsə igidəm” demək istəyir!

* O, məsuliyyətsizdir, qorunmadığına görə yoluxacağı təqdirdə ailə üzvlərini, yaxınlarını, dostlarını, qonşularını və iş yoldaşlarını koronavirus bəlasına düçar edəcəyinin fərqində deyil!

* O, nadandır, COVID-19-un nə olduğunu anlamayaraq, onun yayıcısına, əlaltısına çevrilir, insanlara əzab və ölüm gətirə biləcəyini anlamır!

* O, insanlıqdan, rəhm və mərhəmət hissindən uzaqdır, çünki tanıdığı və tanımadığı, doğma və kənar adamların ölümünə bais olacağı barədə düşünmür, vicdanı qarşısında hesabat verməyi bacarmır!

***

Ay virusa çevrilən virus daşıyıcıları!

Özünüzə gəlin, ətrafınıza diqqətlə baxın, dünyada koronavirus epidemiyası ilə bağlı baş verən ciddi dəyişiklikləri anlamağa çalışın!

COVID-19 zarafatı, biganəliyi, yalançı qəhrəmanlığı və məsuliyyətsizliyi sevmir!

O, qarşısına kim çıxsa, ağuşuna alır, boğur, ağciyərini parçalayır!

Onun üçün milli, irqi, cinsi, dini, yaş fərqi yoxdur!

O, amansızdır, içərisində tibb elminin hələ aça bilmədiyi çox sirləri gizlədib!

Niyə insanlara əzab və ölüm gətirən bəla ilə əməkdaşlıq edirsiniz?

Niyə dövlət başçısının, tibb işçilərinin, ağıllı insanların dediklərini eşitmək istəmirsiniz?

Niyə çəkilən bu qədər xərci və zəhməti batırmaq istəyirsiniz?

Ağıllı olun, virus insanlar!

İntizamlı və məsuliyyətli olun, virus insanlar!

İnsanlara sevinc, sağlamlıq, xoş günlər gətirməyə çalışın, problem və bədbəxtlik yox!


Bəxtiyar SADIQOV




NƏŞRLƏRİMİZ

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

Content on this page requires a newer version of Adobe Flash Player.

Get Adobe Flash player

HAVA PROQNOZU



VALYUTA


InvestAZ
ARXİV


TƏQVİM