19 Iyun 2020 20:01
818
DÜNYA
A- A+

Şinzo Abe Qələbə paradında iştirak etməyəcək



Yaponiyanın Baş Naziri Şinzo Abe İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 75-ci ildönümü münasibətilə Moskvada keçiriləcək Qələbə paradında iştirak etməyəcək.
Bunu Yaponiya Xarici İşlər Nazirliyinin Avropa məsələləri bürosunun direktor müavini Hideki Uyama parlamentin yuxarı palatasının komitə iclasında çıxışı zamanı bildirib. O qeyd edib ki, Baş Nazir bütün diqqətini Yaponiyada koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinə yönəltmək niyyətindədir.
Baş Nazir Şinzo Abe əvvəlcə mayın 9-da keçiriləcək parada dəvət alsa da, sonradan koronavirus pandemiyası ilə əlaqədar bu tədbir təxirə salınmışdı. Həmin səfər zamanı Baş Nazirin Rusiya Prezidenti Vladimir Putinlə görüşü də planlaşdırılırdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video