17 Iyun 2020 14:54
676
Mədəniyyət
A- A+

Özbəkistan mətbuatında ermənilərin mədəni irsimizə qarşı təcavüzü haqqında geniş məqalə yerləşdirilib


Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasovun "Вечерный Тошкент” qəzeti, orol.uz və digər portallarda özbək və rus dillərində "Təcavüz nəticəsində əzab çəkən və şəhid olan mədəni abidələr, heykəllər” adlı məqaləsi yerləşdirilib.

AZƏRTAC xəbər verir ki, materialda Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan silahlı birləşmələrinin bu ərazilərdə əsl vandalizm və barbarlıq həyata keçirdikəri haqqında məlumat verilir. Bildirilir ki, erməni qoşunları türk, islam mədəni irsini, Azərbaycan xalqının yüz illər boyu yaratdığı tarixi abidələri dağıdır, habelə bu abidələri saxtalaşdıraraq erməni abidəsi kimi təqdim edirlər.

Qeyd olunur ki, erməni işğalçıları Azərbaycan mədəniyyətinin beşiyi Şuşanı işğal etdikdən sonra Azərbaycan bəstəkarı, müsəlman Şərqində ilk operanın əsasını qoyan Üzeyir Hacıbəylinin, dünya şöhrətli azərbaycanlı vokalist Bülbülün, tanınmış şairə Xan qızı Natəvanın heykəllərini güllələyib, sonra onları qənimət kimi İrəvana aparıb, daha sonra isə metal kimi Gürcüstana satıblar. Güllələnmiş heykəllər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müdaxiləsindən sonra Bakıya gətirilib.

Müəllif erməni vandallarının bu hərəkətini İŞİD terrorçu qruplaşmasının yaraqlılarının antik dünya sivilizasiyasının mərkəzi sayılan Mesopotamiyada qədim tarixin "qızıl şəhərləri”ndə tarixi memarlıq abidələrinin məhv etməsinə bənzədir. Vurğulayır ki, bu vandallıq bu gün dünyaya özünü humanist və demokrat kimi təqdim etmək istəyən Ermənistanın əsl simasını və barbar xislətini bir daha göstərir.

Samir Abbasov məqalədə erməni silahlı qüvvələrinin işğal etdiyi Azərbaycan torpaqlarında 762 mədəniyyət abidəsi, 1431 mədəniyyət müəssisəsinin qaldığını, işğal nəticəsində ermənilərin Azərbaycana aid 500 tarixi-memarlıq, 100-dən çox arxeoloji abidəni, 22 muzeyi, digər mədəniyyət ocaqlarını məhv etdiyini və tarix-mədəniyyət abidələrinin kütləvi məhvinin, saxtalaşdırılmasının 1954-cü ildə qəbul edilmiş Beynəlxalq Haaqa Konvensiyasına, UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında” Konvensiyasına zidd olduğunu bəyan edir.

O, Prezident İlham Əliyevin 2017-ci ildə İslam Əməkdaşlıq Təşkilatının İstanbul şəhərində keçirilən Sammitində səsləndirdiyi bəyanatını xatırladır: "Məscidləri dağıdan Ermənistan heç vaxt müsəlman ölkələrinin dostu ola bilməz”.

Məqalədə Azərbaycanın məruz qaldığı təcavüz və işğal, zəbt olunmuş torpaqlarda etnik təmizləmə aparılması, bir milyon insanın öz torpaqlarında məcburi köçkünə çevrilməsi, Ermənistanın Azərbaycan torpaqlarını qeyd-şərtsiz azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin bu günədək yerinə yetirilmədiyi vurğulanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video