16 Iyun 2020 15:25
1202
Elm və texnika
A- A+

AMEA-da yay imtahan sessiyasının tarixi açıqlanıb


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev "Yay imtahan sessiyasının keçirilməsi haqqında” müvafiq sərəncam imzalayıb.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, sərəncama əsasən, ixtisas, xarici dillər və Azərbaycan dili (xarici vətəndaşlar üçün) fənlərindən doktorluq imtahanlarının qəbulu ilə bağlı yay imtahan sessiyasının iyunun 22-dən iyulun 20-dək keçirilməsi nəzərdə tutulur. Doktorluq imtahanları AMEA Rəyasət Heyətinin qərarı ilə təsdiq edilmiş fənn proqramlarına uyğun olaraq karantin rejiminin tələblərinə riayət edilməklə ənənəvi qaydada, zərurət olduqda isə onlayn keçiriləcək.

Həmçinin ixtisas fənni üzrə doktorluq imtahanlarını qəbul etmək məqsədilə elmi müəssisələrdə imtahan komissiyaları yaradılacaq.

İngilis dilindən doktorluq imtahanları AMEA Rəyasət Heyətinin 2015-ci il 4 mart tarixli qərarına uyğun olaraq akademik IELTS proqramı üzrə, alman və fransız dillərindən isə AMEA prezidentinin 2019-cu il 9 oktyabr tarixli sərəncamına uyğun olaraq keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video