13 Iyun 2020 22:02
660
İQTİSADİYYAT
A- A+

İqtisadiyyat Nazirliyinin monitorinqləri davam edir


Xüsusi karantin, zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərə əməl olunmasına nəzarət məqsədilə İqtisadiyyat Nazirliyinin monitorinqləri davam edir.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 12-də keçirilmiş monitorinqlərdə Binəqədi rayonunda Nizami Nəbiyevə, Ülvi Vəliyevə, Mohammedesmail Gitipazhouha məxsus "Mərmər” mağazalarında, "Gold dent” pərakəndə ticarət obyektində, Nəsimi rayonunda Həsən Əliyevə məxsus "Parfümeriya” mağazasında, Yasamal rayonunda "Penti Geyim mağazası”nda, "Caspian market”də, "Frish cafe”də, "Zeytun Aptek”də, "Epidibiomed" MMC-yə məxsus "Aptek”də, Səbail rayonunda "Rio” pərakəndə ticarət obyektində, "Hottqand mağazası”nda, "Avropa Aptek”də, Sabunçu rayonunda "Ay Store Market”də, Nizami rayonunda "Oba market”də, Abşeron rayonunda "Bol market”də, "Nur mobile”də, "Tez-bazar”, "Çiçəyim gül salonu”, "İnşaat Materialları” ticarət və xidmət obyektlərində, Mənsur Məmmədova məxsus "Kafe”də, Novruz Əliyevin "Bakı kafesi”ndə, Ağdaş rayonunda "Əziz inşaat”, "Angel geyim”, "Soliton” mağazalarında, "Estella gözəllik”, "Sabina gözəllik” salonlarında, "Lion pub çay” ictimai iaşə obyektində, Füzuli rayonunda Səyavuş Hacıyevə məxsus pərakəndə satış, Hafiz Zeynalova məxsus tikinti materiallarının satışı mağazalarında, Qusar rayonunda "Real market"də, "Ailəvi çay evi”ndə, "Puls" MMC-nin "Aptek"ində, Daşkəsən rayonunda "Arzu market”də, "Aptek Dokta”da, İsmayıllı rayonunda "Sərhəd Market”də, "Girdiman Market”də, "Xəyal Market”də, "Orxan Market”də, "Green Park”, "Soyuq Bulaq” istirahət mərkəzlərində, "Aptek Zeytun 4”də, Masallı rayonunda "Usta Evi” təsərrüfat malları mağazasında, Vüsal Mirişovun "Market”ində, Söhbət Sultanovun pərakəndə ticarət obyektində, ümumilikdə monitorinq aparılmış 383 obyektin 155-də zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması hallarına rast gəlinib.

Nazirliyin əməkdaşları monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparıb, xüsusi karantin, zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

Qeyd edək ki, mayın 22-dən iyunun 13-dək 5759 sahibkarlıq subyektində monitorinq keçirilib və 2528 obyektdə zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji tələblərin pozulması halları aşkarlanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video