13 Iyun 2020 13:52
740
Təhsil
A- A+

Ali Məhkəmədə “Ədalət mühakiməsinin və məhkəmələrin fəaliyyətinin keyfiyyətinin ölçülməsinə dair sorğu”nun tətbiqinə başlanılır


"Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanında nəzərdə tutulmuş tövsiyələr nəzərə alınaraq, vahid məhkəmə təcrübəsinin formalaşdırılması, məhkəmə təcrübəsinin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində fəaliyyəti gücləndirmək, müəyyən edilmiş sistemli xarakter daşıyan nöqsanların aradan qaldırılmaq məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının fəaliyyətində "Ədalət mühakiməsinin və məhkəmələrin fəaliyyətinin keyfiyyətinin ölçülməsinə dair (inzibati işlər üzrə) sorğu”nun tətbiqinə başlanılır. Bununla bağlı olaraq Ali Məhkəmənin sədri tərəfindən müvafiq əmr imzalanıb və bu məqsədlə Ali Məhkəmədə təqdimat keçirilib.

AZƏRTAC Ali Məhkəmənin saytına istinadla xəbər verir ki, tətbiqinə başlanılan yeni mexanizm keyfiyyəti ölçməyə şərait yaradan göstəriciləri nəzərə almaqla məhkəmə fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsinə imkan verəcək. Bununla da məhkəmə fəaliyyəti ilə bağlı əsasən aşağıdakıları dəqiq müəyyənləşdirmək məqsədi güdülür:

- məhkəmələrdə icraat aparılarkən mühüm prosessual prinsiplərə riayət edilməsi, məhkəmə aktlarının aydınlılıq və əsaslandırma tələblərinə uyğun tərtib olunması, habelə mübahisələrin həlli zamanı Ali Məhkəmənin Plenum qərarlarının və ya mövcud məhkəmə təcrübəsinin nəzərə alınması vəziyyətini;

- əvvəllər kassasiya məhkəməsində ləğv edildikdən sonra təkrar baxışa göndərilmiş işlərdə göstərişlərə əməl olunma ilə bağlı vəziyyəti və səbəblərini;

- məhkəməyədək inzibati orqanlarda aparılmış inzibati icraatın qanunvericiliyin tələblərinə riayət olunmaqla aparılması vəziyyətini;

- məhkəməyə müraciət edilərkən tərtib edilmiş iddia ərizələrinin və onlara əlavə edilməli olan sənədlərin peşəkarlıq nöqteyi-nəzərindən hazırlanması səviyyəsini;

- qanunvericiliyin təkmilləşdirilməsi, inzibati orqanların inzibati praktikalarının düzgün qurulması və məhkəmə fəaliyyətinin səmərəliliyinin artırılmasına yönəlmiş həyata keçirilməli olan konkret tədbirləri.

Ali Məhkəmənin Mülki, Kommersiya və Cinayət kollegiyalarının fəaliyyətlərində də baxılan işlərin xüsusiyyətləri nəzərə alınmaqla "Ədalət mühakiməsinin və məhkəmələrin fəaliyyətinin keyfiyyətinin ölçülməsinə dair” müvafiq sorğuların yaxın gələcəkdə tətbiqinə başlanılması nəzərdə tutulur. Bundan başqa, sorğunun aşağı instansiya məhkəmələrinin fəaliyyətində qısa müddətdə tətbiqinə başlanılması məqsədilə "Elektron məhkəmə” informasiya sisteminə inteqrasiya ilə bağlı məsələlərin də həll edilməsi planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video