12 Iyun 2020 19:33
1799
CƏMİYYƏT
A- A+

“Heydər Əliyev siyasi məktəbini öyrənirik - 2020” Gənc Liderlər Proqramının rəsmi açılışı olub


İyunun 12-də Gənclər və İdman Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan "Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının videokonfrans formatında rəsmi açılış mərasimi açılışı oldu.

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, açılışda Gənclər və İdman naziri Azad Rəhimov və nazir müavini İntiqam Babayev iştirak ediblər.

İyunun 12-də Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Gənclər və İdman Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə layihəsi olan "Heydər Əliyev siyasi məktəbini öyrənirik” Gənc Liderlər Proqramının qalib iştirakçıları ilə görüşüb, onlara gələcəyin liderləri olaraq bu məktəbi yüksək səviyyədə bitirməyi arzu edib.

Ümummilli Lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi münasibətilə 2019-cu ildən keçirilən proqramın əsas məqsədi gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət və sədaqət hissinin gücləndirilməsi ilə onlarda liderlik keyfiyyətlərinin inkişafına şərait yaratmaqdır.

Nazir Azad Rəhimov bildirib ki, bu proqram gənclər üçün bir növ qeyri-formal təhsil platformasıdır: "Sizi 2-3 ay ərzində maraqlı görüşlər, təlimlər və vebinarlar gözləyir. Sanitar-epidemioloji vəziyyət normallaşdıqca ünsiyyətimizin canlı rejimə keçirilməsi nəzərdə tutulub. Hazırda davam etməkdə olan "COVID-19” pandemiyası qarşımıza yeni vəzifə və çağırışlar qoyub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin düşünülmüş və ardıcıl siyasəti əhalinin ilk növbədə sağlamlığının qorunmasına yönəldilib. Qısa müddət ərzində atılmış addımlar – xüsusi fondun yaradılması, Bakıda və regionlarda karantin üçün yerlərin ayrılması, modul tipli xəstəxanaların tikilməsi, tibbi ləvazimatların istehsalının təmin edilməsi xüsusilə qeyd olunmalıdır”.

Qeyd edək ki, proqrama 40-dan artıq şəhər və rayondan 350-dən cox gənc müraciət edib. Hər bir iddiaçının anketi diqqətlə öyrənildikdən sonra ilkin seçim nəticəsində 171 gənclə onlayn formada müsahibə aparılıb. Ümumilikdə, 110 gənc iştirakçı kimi seçilib. İştirakçıların seçimi zamanı onların ictimai fəallığı, təşkilatçılıq bacarıqları, dünyagörüşləri və hadisələrə baxışları, ünsiyyət və əlaqə qurmaq bacarıqları, komanda da işləmək təcrübəsi kimi meyarlara üstünlük verilib. İyun-sentyabr aylarında proqram çərçivəsində onlayn formada rəsmi şəxsərlə görüşlər, vebinarlar və təlimlərin keçirilməsi nəzərdə tutulub. Sentyabr-oktyabr aylarında iştirakçılar komandalarda layihə və təkliflər hazırlayacaqlar. Təkliflərin aidiyyəti üzrə müvafiq dövlət orqanlarına təqdim edilməsi nəzərdə tutulur.

Sanitariya-epidemioloji vəziyyətdən asılı olaraq Naxçıvan Muxtar Respublikasına səfər planlaşdırılır. İştirakçıların hər birinə məzun diplomlarının təqdim edilməsi nəzərdə tutulub. Ötən il həyata keçirilmiş proqram çərçivəsində gənclər Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov, Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov, Müdafiə naziri Zakir Həsənov, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev, Təhsil naziri Ceyhun Bayramov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəis müavini İlqar Musayev ilə görüşlər keçiriblər.

Proqram Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı əsasında reallaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video