12 Iyun 2020 00:59
505
İQTİSADİYYAT
A- A+

Pandemiya dövründə ölkədə enerji təchizatı yüz faiz təmin olunub və olunacaq


24 saat növbəli iş prinsipi ilə fəaliyyət göstərən və bir an belə elektrik enerjisinin istehsalını, o cümlədən ötürülməsini dayandırmayan "Azərenerji” ASC tabeliyindəki müəssisələrdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması ilə bağlı təxirəsalınmaz tədbirlər həyata keçirməklə yanaşı, istehlakçıların dayanıqlı və keyfiyyətli enerji təminatı üçün bütün lazımi addımları atır.

"Azərenerji” ASC-nin Mətbuat xidmətindən verilən məlumata görə, pandemiya elan edilən gündən bəri, istər qaydalar yumşaldılanda, istərsə də sərt karantin elan olunan günlərdə elektrik stansiyası, sistem əhəmiyyətli yarımstansiya və yüksək gərginlikli elektrik xətlərində və bununla da enerji təchizatında heç bir problem yaranmayıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarına uyğun olaraq sərt karantin günlərində də işləməsi vacib sayılan qurum olaraq "Azərenerji”nin əksər əməkdaşları iş başında olublar. Üstəlik, bu müddət ərzində pandemiyanın hökm sürdüyü qonşu ölkələrə də enerji ixracı lazımi səviyyədə həyata keçirilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video