11 Iyun 2020 23:01
504
İQTİSADİYYAT
A- A+

İqtisadiyyat Nazirliyi: 2250 obyektdə tələblərin pozulması hallarına rast gəlinib


İqtisadiyyat Nazirliyinin xüsusi karantin və zəruri sosial davranış qaydalarına, sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarət məqsədilə ticarət və xidmət obyektlərində keçirdiyi növbəti monitorinqlər zamanı da tələblərin pozulması faktları aşkar olunub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, iyunun 10-da keçirilmiş monitorinqlər zamanı Binəqədi rayonunda "Ayaqqabı satışı MY BREND”, "Ayaqqabı mağazası”, "R&R mağazası”, "Madmazel mağazası”, "Uşaq aləmi” pərakəndə ticarət obyektlərində, "Bərəkət dönər evi”ndə, "Sac dönər evi”ndə, "Aptek Neyron”da, Yasamal rayonunda "Nizami Mall”da "Qadın geyimləri”, "Eley az hədiyyə”, Abasqulu Abasquliyevə məxsus "Parfumeriya” və "MHS” MMC-yə məxsus "Parfumeriya” mağazalarında, Xətai rayonunda "AMAY” Ticarət Mərkəzində Fərid Məmmədova məxsus "Kişi geyimləri”, Sevinc Şərifovanın "Kişi geyimləri” mağazalarında, Təranə Mehdiyevaya məxsus "Geyim dükanı”nda, Xədicə Qasımovanın "Ayaqqabı mağazası”nda, Ceyran Bayramovanın "Geyim dükanı”nda, Səbail rayonunda "Sahil” Ticarət Mərkəzində Şəlalə Qafarovanın "Ayaqqabı mağazası”nda, Rəşad Allahverdiyevin "Geyim mağazası”nda, Qaradağ rayonunda "Binə” Ticarət Mərkəzində Şamil Mirzəyevə, İlham Ağayevə, Anar Abdurəhmanova, Ceyhun Fərzəliyevə məxsus mağazalarda, Sabunçu rayonunda "Az Granata” mağazasında, "Vita Aptek”də, Suraxanı rayonunda "Oba market”də, "Arena Store Market”də, Ağstafa rayonunda "Ağstafa Telekom” mağazasında, "Baba Dönər”də, Qazax rayonunda "Mega Mall” ticarət obyektində, Elxan Əsgərova məxsus "Halal Dönər”də, Lerik rayonunda Fizuli Şərifovun "Ərzaq malları mağazası”nda, "Konica foto”da, "Zirvə Aptek”də, Zaqatala rayonunda "Sizin mobile” mağazasında, "Fəryad kafesi”ndə, "Köz dönər kafesi”ndə, "Dəniz tədris kursları” xidmət obyektində, Füzuli rayonunda Qəhrəman Quliyevə, Rizvan Rəhimova, Şərafət Fərəcovaya məxsus pərakəndə satış mağazalarında, Xaçmaz rayonunda "Vahid çörək” çörək istehsalı və satışı müəssisəsində, "Canalp suvarma sistemləri" mağazasında, "Asiman market”də, Şamaxı rayonunda Seymur Sədrayevin "Tikinti materialları” mağazasında, Şaiq Səfərovun "Market”ində, Ağsu rayonunda "Samir” mağazasında, "Aptek Zeytun 10”da, ümumilikdə, monitorinqin keçirildiyi 343 obyektin 117-də ticarət və zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunmaması halları müəyyən edilib.

Monitorinqlərdə nazirliyin əməkdaşları sahibkarlarla maarifləndirici söhbətlər aparıb, xüsusi karantin və zəruri sosial davranış qaydalarına, sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurətini bir daha diqqətə çatdırıblar.

Qeyd edək ki, mayın 22-dən iyunun 11-dək 4997 sahibkarlıq subyektində monitorinq keçirilib və 2250 obyektdə tələblərin pozulması hallarına rast gəlinib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video