11 Iyun 2020 00:22
720
İQTİSADİYYAT
A- A+

Lənkəranda asfaltlama işləri aparılır


Bir neçə gündür ki, Lənkəran və Liman şəhərləri ərazisində daxili yolların təmir-bərpa işlərinə başlanılıb. Ümumi uzunluğu 4,6 kilometr olmaqla 8 küçədə yollara 25 min kvadratmetr isti asfalt döşənilməsi nəzərdə tutulub. Görülən işlər büdcə vəsaiti hesabına həyata keçirilir.

Əsaslı təmir olunacaq küçələrdə qabaqcadan texnikaların köməyi ilə torpaqlama işləri görülür. Yolların yataq hissəsinə çınqıl döşənərək torpaq kipləşdirilir. Əvvəllər asfalt örtüyü olmuş və sıradan çıxmış hissələrdə köhnə örtük sökülür, yararsız qat qazılaraq çıxarılır, əvəzinə yararlı material tökülərək hamarlanır. Daha sonra yeni asfalt-beton örtüyü döşənir. Yolların təmirini Lənkəran Yol Tikinti ASC həyata keçirir.

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video