11 Iyun 2020 00:21
695
İQTİSADİYYAT
A- A+

Sumqayıtda ekoloji problemlər həllini tapır


Sumqayıt şəhərində son illər bütün sahələrdə kompleks işlər görülür. Şəhərdə uzun illərdən qalan, sakinləri narahat edən problemlər köklü surətdə həll edilir. Şəhərin əsas problemlərindən biri "Acıdərə” kanalı da artıq öz həllini tapıb. Hazırda "Acıdərə” kanalı qapalı sistemə keçirilməklə yeni məcraya salınır.

Sumqayıt şəhərinin ərazisindən keçən "Acıdərə” kanalının qapalı sistemə salınması üçün inşa edilən beton kanalizasiya sisteminin bir hissəsi artıq tam hazırdır.

Layihənin qısa müddətdə başa çatması üçün əraziyə lazımi sayda texnika və işçi qüvvəsi cəlb edilib. Kanalın şəhərin mərkəzindən keçən hissəsində işlər yekunlaşıb.

"Acıdərə” kanalına yeraltı və kanalizasiya suyu axıdılır. Kanalın üzəri açıq olduğundan ətrafı dözülməz üfunət iyi bürüyürdü. Bu ətraf mühitin məhv olması ilə yanaşı, orada yaşayan 20 mindən çox insanın həyatı üçün təhlükə mənbəyidir. Yağış yağdıqda isə vəziyyət daha acınacaqlı hal alırdı. Kanalın çirkab suyu həyətyanı sahələrə və yaşayış evlərinin zirzəmilərinə daxil olmaqla, əlavə çətinliklər yaradırdı.

Dövlət vəsati hesabına görülən işlər başa çatdıqdan sonra 20 minə yaxın sakinin yaşadığı ərazidə kanalizasiya sistemi yaradılacaq. Bu da mövcud problemin birdəfəlik həllinə gətirib çıxaracaq.

Akif ƏLİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video