11 Iyun 2020 00:21
725
İQTİSADİYYAT
A- A+

Ağcabədidə barama tədarükünə başlanılıb


Ağcabədi rayonunda barama tədarükünə başlanılmışdır. Kümçülərin yetişdirdikləri məhsul rayonda "Azəripək” MMC nümayəndələri tərəfindən qəbul edilir. Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzi baramanın təhvil alınmasına münasib şərait yaratmışdır.

Rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov baramanın ilk təhvilində iştirak edib, kümçülərlə görüşüb. Yeni mövsümdə qapana ilk məhsul qoyan Qaravəlli kəndindən kümçü Talıb Quliyevi təbrik edən R.Hüseynov ona hədiyyə vermişdir. Daha sonra Kəbirli kəndindən Mürvət, Ağcabədi şəhərindən Bakir Mehtiyev böyük zəhmət bahasına yetişdirdikləri məhsulu təhvil vermişlər.

Ağcabədi respublikanın baramaçılıq rayonları sırasında qabaqcıl yerlərdən birini tutur. Son illər rayonda baramaçılığın daha da inkişaf etdirilməsi istiqamətində məqsədyönlü iş aparılır.

Rayonda baramaçılıq 1990-cı illərin əvvəllərində tənəzzülə uğrasa da, 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayonda 3675, 2017-ci ildə 16 min 761, 2018-ci ildə 37 min 146, 2019-cu ildə isə 54 min 466 kiloqram barama tədarük olunmuşdur.

Əvvəlki illərdə yetişdirilən məhsulun bəhrəsini görən ağcabədi kümçüləri cari ildə daha çox məhsul tədarük etməyi qarşıya məqsəd qoyublar. Onlara bu mövsüm 1500 qutu ipəkqurdu toxumu paylanmışdır. Cari il rayonda 60 tona yaxın barama tədarükü proqnozlaşdırılır.

Lazım QULİYEV,

"Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video