10 Iyun 2020 16:59
724
İQTİSADİYYAT
A- A+

Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Fransa Sahibkarlar Təşkilatı arasında onlayn görüş keçirilib


Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi, Fransa Sahibkarlar Təşkilatının (MEDEF) Fransa-Azərbaycan Biznes Şurası və ölkəmizin Fransadakı səfirliyi arasında kənd təsərrüfatı və aqro-ərzaq mövzusunda onlayn görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, onlayn görüşdə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri İnam Kərimov, "MEDEF International”ın icraçı direktoru Filip Gautier, Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev, Fransanın Azərbaycandakı səfiri Zəkəriyyə Qros, "MEDEF International” təşkilatının Avropa və Asiya bölməsinin direktoru Boqdan-Qaden-Firçak, Azərbaycanın Fransadakı səfirliyinin ticarət və iqtisadi məsələlər üzrə diplomatı Suliddin Məmmədov, Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Firdovsi Fikrətzadə, eləcə də hər iki ölkədən 34 şirkətin rəhbəri iştirak edib.

Kənd Təsərrüfatı naziri İnam Kərimov aqrar sektora dövlət dəstəyi barədə görüş iştirakçılarına ətraflı məlumat verib. Nazir Azərbaycanda hökumətin görmüş olduğu qabaqlayıcı tədbirlər nəticəsində kənd təsərrüfatının ölkə iqtisadiyyatında ən az ziyan çəkmiş sektor olduğunu bildirib.

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsindən söz açaraq kənd təsərrüfatının, aqro sənayenin prioritet sahələrdən olduğunu diqqətə çatdırıb. Səfir qeyri-neft sektorunun inkişafına verilən önəmdən, iki ölkə arasında kənd təsərrüfatı sahəsində əlaqələrin geniş potensialından danışıb.

Onlayn görüşdə postpandemiya dövrü və iqtisadiyyatın şaxələndirilməsi kontekstində Azərbaycanın aqrar və aqro-ərzaq sektorunun perspektivləri, hökumətin aqrar sahədə prioritetləri, eləcə də bu sahədə modernləşmə, ixracın inkişafı və kənd təsərrüfatına maliyyə dəstəyi ətrafında fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, onlayn görüş Fransanın kənd təsərrüfatı sahəsində qida məhsulları və texnikalarının beynəlxalq mübadiləsinin inkişafı üzrə ən böyük assosiasiyasının (ADEPTA) və "MEDEF International” Fransa-Azərbaycan Sahibkarlar Şurasının əməkdaşlarının Bakıya son səfəri çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi ilə qurulan əlaqələrin davamı kimi təşkil olunub.

"MEDEF International” Azərbaycanla 1992-ci ildən əməkdaşlıq edir. Bu qurum Fransa-Azərbaycan Biznes Şurası çərçivəsində Azərbaycan bazarı ilə maraqlanan fransız şirkətlərinə yüksək səviyyəli, imtiyazlı platforma, məlumat və kollektiv dəstək təklif edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video