10 Iyun 2020 14:03
629
İQTİSADİYYAT
A- A+

“Azərbaycan” İES-də yenidənqurma tamamlanır


2018-ci ilin iyul ayında qəza baş verən və enerji sisteminin çökməsinə səbəb olan Mingəçevir şəhərində yerləşən "Azərbaycan” istilik elektrik stansiyasında (İES) aparılan yenidənqurma işləri tamamlanmaqdadır.

"Azərenerji” ASC-dən AZƏRTAC-a bildirilib ki, hər biri 300 meqavat qoyuluş gücü ilə ayrıca elektrik stansiyası statusunda olan 8 enerji bloku ayrı-ayrılıqda qəzaya qədər 190-250 meqavat güc əldə edə bilirdisə, yenidənqurmadan sonra 300 meqavatdan da artıq güc əldə edilir. Beləliklə bütövlükdə 2400 meqavat qoyuluş gücünə malik elektrik stansiyası yenidənqurmadan əvvəl ümumi olaraq 1680 meqavat güclə işlədiyi halda indi nominal güc bərpa olunub. Qış rejimində isə blokların hər biri gücünü 310-330 meqavata qədər artıra biləcək.

Paralel olaraq, 2018-ci ildə qəza baş verən 330 kilovoltluq yarımstansiya tam yenidən qurulub və 330 kilovoltluq yeni idarəetmə mərkəzi tikilib. "Azərbaycan” İES-də yerləşən, ölkənin ən böyük yarımstansiyalarından biri olan 500 kilovoltluq yarımstansiyada da yenidənqurma işləri başa çatıb. Bundan başqa su kanalının beton qatı yenilənib, "Qarabağ” kanalının üzərindən əhali üçün yeni körpü tikilərək yol çəkilib. Həmçinin stansiyanın 6 mərtəbəli mühəndis korpusu tamamilə yenidən qurulub. "Azərbaycan” İES üçün Baş İdarəetmə mərkəzi inşa edilərək ən müasir səviyyədə idarəetmə sistemi qurulub. Bundan başqa elektrik stansiyasının azot-oksigen, hava kompressor sahələrində, yağ və reagent təsərrüfatlarında, kimya sexində işlər başa çatıb.

Ümumilikdə görülən işlər nəticəsində istismar müddətini bitirən Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyasının ömrü ən azı 20 il uzadılır, etibarlılıq, dayanıqlılıq, səmərəlilik və təhlükəsizlik təmin edilir. Ən əsası 600 meqavatdan artıq "itirilmiş” güc bərpa olunur. "Azərbaycan” İES-in yenidən qurulması artıq başa çatmaq üzrədir və hazırda son tamamlama və yoxlama işləri həyata keçirilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video