10 Iyun 2020 14:02
523
CƏMİYYƏT
A- A+

ÜST: COVID-19-a yoluxanların 16 faizində əlamət hiss olunmur


Altı ay ərzində elmi ictimaiyyət COVID-19 haqqında xeyli bilik toplaya bilib, lakin virusun "simptomsuz” daşıyıcılar tərəfindən ötürülməsi kimi bir çox suallar hələ də açıq qalır. Hazırda "simptomsuz” koronavirus daşıyıcıları barədə sual hələ də öyrənilmə mərhələsindədir. Düzdür, altı ay ərzində bu sahədə hansısa bilik toplanılmasına nail olunub. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) epidemioloqu Mariya Van Kerkxove virtual mətbuat konfransının gedişində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, müxtəlif dəyərləndirmələrə görə, yoluxanların 6-41 faizində xəstəlik simptomsuz davam edə bilər. ÜST-də orta göstərici 16 faiz müəyyən edilib. Van Kerkxovenin sözlərinə görə, "asimptomatik” hesab edilən şəxslərdə infeksiyanın kliniki təzahürləri var, lakin onlar çox cüzidir və bir çoxları bunu sezmir.

İkinci sual. Bu insanlar öskürmədiyi və asqırmadığı halda da ətrafdakıları yoluxdura bilərmi? Mütəxəssislər hesab edir ki, bu, mümkündür. Bunu başa düşməkdən ötrü alimlər COVID-19-a yoluxması laboratoriya şəraitində təsdiqlənmiş insanın kiminlə kontaktda olmasını aşkarlayıblar və həmin adamlardan bir neçəsinin yoluxmuş olduğunu müəyyən ediblər. Bu cür tədqiqatlar bir neçə ölkədə keçirilib. Lakin hazırda yalnız cüzi məlumatlar əldə edilib. İlkin hesablamalara görə, xəstələnənlərin təqribən 40 faizi "simptomsuz” daşıyıcılardan yoluxurlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video