09 Iyun 2020 23:27
548
CƏMİYYƏT
A- A+

Ramin Bayramlı: Karantin günlərində xəstələr ciddi problem yaşamayacaqlar


Hər kəs öz xroniki xəstəliyini bilir və ona lazım olan ağrıkəsici, hərarətsalıcı və digər dərmanları əvvəlcədən əldə etməlidir. Yəni, hər xəstənin evdə kiçik bir "apteki” olmalıdır. Ona görə də sərt karantin rejimi tətbiq olunduğu günlərdə növbətçi apteklərin işləməsinə ehtiyac yoxdur və biz ötən həftə də bu sahədə ciddi problemlə üzləşmədik. Əgər hansısa problem yaranarsa, 103 təcili yardım xidmətinə müraciət etməklə onu həll etmək olar.

AZƏRTAC xəbər verir ki, bunu iyunun 9-da Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

Onun sözlərinə görə, karantin günlərində dializ xəstələri də ciddi problem yaşamayacaq. Şənbə günü iş günü olduğundan tibb müəssisələri ehtiyac olan hallarda vəziyyəti tənzimləyəcəklər. Bazar günü isə heç bir müəssisədə dializ xəstələri qəbul edilmir. Bazar ertəsində, yəni iyunun 15-də buna ehtiyac olduğu təqdirdə vəziyyət tənzimlənəcək və güman edirəm ki, ciddi problemlə qarşılaşmayacağıq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video