09 Iyun 2020 16:25
512
SİYASƏT
A- A+

Azərbaycan-İspaniya parlamentlərarası əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb


Milli Məclisdə Azərbaycan-İspaniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun İspaniyanın ölkəmizdəki müvəqqəti işlər vəkili İqnasio Sançes Taboada ilə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə işçi qrupun rəhbəri, deputat Sevil Mikayılova və qrupun üzvü, deputat Tural Gəncəliyev iştirak ediblər.

Söhbət zamanı iki ölkənin parlamentlərarası əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb, İspaniyanın həm Senatı, həm də Konqresi ilə Milli Məclis arasında əlaqələrin inkişafı vurğulanıb.

Görüşdə, həmçinin hər iki ölkənin separatizmdən əziyyət çəkdiyi qeyd edilib. Qonağın diqqətinə çatdırılıb ki, 25 ildən artıqdır Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal olunub. BMT Təhlükəsizlik Şurası Azərbaycan ərazilərinin işğalına cavab olaraq 822, 853, 874 və 884 saylı qətnamələri qəbul edib. BMT Təhlükəsizlik Şurasının sözügedən qətnamələri Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığını təsdiqləyir və erməni işğalçı qoşunlarının Azərbaycan Respublikasının bütün işğal edilmiş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir, qaçqın və məcburi köçkünlərin geri dönmələrini təmin etməklə, regionda qarşılıqlı əlaqələrin bərpasına çağırır. Lakin indiyə qədər bu qətnamələrin tələbi Ermənistan tərəfindən yerinə yetirilməyib və Azərbaycan torpaqları işğal altında qalmaqdadır.

Sonda qərara alınıb ki, işçi qrupunun fəaliyyətinin intensivləşdirilməsi məqsədilə qrup üzvlərinin İspaniya parlamentariləri ilə tanışlıq xarakterli görüşləri təşkil edilsin.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video