09 Iyun 2020 14:15
720
DÜNYA
A- A+

Fələstin İsrailin tanınması qərarına yenidən baxmaq niyyətindədir

Fələstin dövlətinin yaradılması imkanıgündəmdən çıxsa, Fələstin rəhbərliyi İsrail Dövlətini tanınması qərarına yenidən baxa bilər. Bu bəyanatla Fələstinin Baş Naziri Məhəmməd İştiyyəçıxış etmişdir.

İştiyyənin dediyinə görə, İsrail Fələstinlə əldə edilmiş bütün sazişləri və Yaxın Şərqlə əlaqədar beynəlxalq razılaşmaları pozmuşdur. O, İsrailin Fələstinin işğal olunmuş torpaqlarını ilhaq etməsinin qarşısını almaq üçün göstərilən səyləri Fələstinin mövcudluğu uğrunda mübarizə kimi qiymətləndirmişdir.

Xatırladaq ki, ötən ayın 19-da Fələstin lideri Mahmud Abbas İsrailin Fələstin torpaqlarını ilhaq etmək planına cavab olaraq İsrail və ABŞ ilə bağlanmış bütün müqavilələrin ləğv olunacağınıbəyan etmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video