09 Iyun 2020 00:49
759
Mədəniyyət
A- A+

Müharibə ərəfəsində Azərbaycanda repressiya


Müharibə ərəfəsi Azərbaycan xalqının repressiyası ilə yadda qalmışdı. 1937-ci ildə "əksinqilabçı millətçi-burjua” təşkilatının üzvü kimi 22 xalq komissarı, 49 rayon partiya komitəsi katibi, 29 rayon icraiyyə komitəsi sədri, 207 sovet və həmkarlar təşkilatının işçiləri, 57 zavod və mədən direktoru tutulmuşdu.

Repressiyaya məruz qalan 400-ə yaxın məsul vəzifəli şəxs arasında MK katibləri, müxtəlif vaxtlarda Azərbaycan SSR- ZSFSR- yüksək partiya hökumət vəzifələri tutmuş şəxslər var idi. Göründüyü kimi, 1920-1930-cu illərdə terror SSRİ-nin dövlət siyasətinin tərkib hissəsi olmuşdur. Azərbaycan SSR XDİK yanında xüsusi üçlük 1937-ci ildə siyasi cinayət üzrə 2.846 nəfəri azadlıqdan məhrum etmiş, 2.215 nəfər güllələnmişdir. Təkcə antisovet təbliğatı təşviqatına görə 1.108 nəfərə güllələnmə kəsilmişdir. 1937-ci ildə xüsusi üçlük 10 min adamın işinə baxmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video