08 Iyun 2020 21:53
331
SİYASƏT
A- A+

“La Vanguardia”: Ermənistan COVID-19 nəticəsində öz xəstəxanalarında kollaps yaranmasını etiraf edir

 
İspaniyanın ən qədim nəşrlərindən olan "La Vanguardia” qəzetində "Ermənistan COVID-19 nəticəsində öz xəstəxanalarında kollaps yaranmasını etiraf edir” sərlövhəli məqalə dərc edilib.

Məqalədə qeyd olunur ki, bu gün Ermənistan öz xəstəxanalarında COVID-19-dan təcili müalicə edilməli bütün pasiyentlərə eyni vaxtda xidmət etməyə imkan olmadığını etiraf edib. Ölkənin baş naziri Nikol Paşinyan öz "Facebook” səhifəsində etiraf edib ki, bir sutka ərzində 697 nəfərin yoluxması təsdiqlənib. Bu, müəyyən mənada antirekorddur.

AZƏRTAC xəbər verir ki, N.Paşinyanin sözlərinə görə, o özü də hər hansı simptomlar olmadan koronovirusa yoluxub. Baş nazir diqqətə çatdırıb ki, bir gün ərzində Ermənistanda koronovirusdan 15 nəfər ölüb. O deyib: "Ermənistanda yeni tipli koronovirusa yoluxmuş pasiyentlərin 75 faizində xəstəliyin simptomları yoxdur, lakin qalan 25 faizə intensiv terapiya tələb olunub. Qafqazın bu kiçik ölkəsində səhiyyə sistemi dağılmaq həddinə çatıb. Biz ciddi vəziyyətlə üzləşmişik, tibbi xidmətlər hamını vaxtında hospitallaşdırmağa imkan vermir”.

Öz "Facebook” səhifəsində ölkə vətəndaşları tərəfindən sanitar normaların kütləvi şəkildə pozulması barədə videoçarxlar yerləşdirməyə başlamış N.Paşinyan bir daha bütün vətəndaşlara müraciət edərək onların sanitar-epidemioloji qaydalara riayət etməyə çağırıb.

Son rəsmi məlumatlara görə, Ermənistanda 13 mindən çox insana koronovirus diaqnozu qoyulub, 211 nəfər bu xəstəlikdən ölüb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video