08 Iyun 2020 11:41
685
DÜNYA
A- A+

Tramp Milli Qvardiya bölmələrinin Vaşinqtondan çıxarılması barədə sərəncam verib


Bazar günü ABŞ Prezidenti Donald Tramp və şəhər administrasiyaları ciddi iğtişaşlara səbəb olmuş etiraz aksiyaları üzündən şəhərə yeridilmiş Milli Qvardiya bölmələrinin oradan çıxarılması və məhdudiyyətlərin yumşaldılması barədə qərara qəbul ediblər.

AZƏRTAC xəbər verir ki, Prezident Donald Tramp öz "Twitter” səhifəsində Milli Qvardiya bölmələrinin Kolumbiya dairəsindən – Vaşinqtondan çıxarılması barədə sərəncam verdiyini bildirib və eyni zamanda, xəbərdarlıq edib ki, əgər nümayişlər yenidən kəskinləşsə, qvardiya dəstələri "tezliklə qayıda bilər”.

Şənbə günü bildirilib ki, Milli Qvardiyanın 5000-dən çox əsgər və pilotu 11 ştatda və Vaşinqtonda mühüm dövlət obyektlərində və paytaxtın əsas yollarında asayişin bərpa olunmasına cəlb edilib.

Qeyd edək ki, Vaşinqton meri Müriel Bauzer hələ cümə axşamı paytaxtda vəziyyətin daha da gərginləşməməsi üçün Prezidentdən bütün Milli Qvardiya dəstələrinin geri çağırılmasını xahiş etmişdi. Eyni məzmunda məktublar Nyu-Cersi ştatının qubernatoru Fil Merfiyə və Ohayo ştatının qubernatoru Mayk Devayna da göndərilmişdi.

Ötən həftənin əvvəlində Donald Tramp ABŞ-ın bütün qubernatorlarına müraciət edərək, nəzarətdən çıxmış etiraz aksiyaları keçirilən şəhərlərdə qayda yaratmaq üçün Milli Qvardiyanı cəlb etməyə çağırmışdı. Nyu-York meri Bill de Blazio bazar günü elan edib ki, həmin gün axşam saat 8-dən bazar ertəsi səhər saat 5-dək planlaşdırılan komendant saatını ləğv edir.

Bu qərar qəbul ediləndən əvvəl Nyu-Yorkdakı Amerika Vətəndaş Azadlıqları İttifaqı hədə-qorxu gəlmişdi ki, əgər komendant saatı uzadılsa, şəhər administrasiyasına qarşı iddia qaldırılacaq. Nyu-York polis departamentinin komissarı Dermont Şi bildirib ki, komendant saatı gözlənildiyi dərəcədə səmərəli olmayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video