07 Iyun 2020 17:59
626
DÜNYA
A- A+

İranda koronavirusa yoluxanların sayı artmaqda davam edir


İranda koronavirusa yoluxma və ölüm halları artmaqda davam edir. Son 24 saat ərzində İranda 2 min 436 nəfər koronavirusa yoluxub, 72 nəfər isə həyatını itirib.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur məlumat verib. Onun sözlərinə görə, bu günə kimi İranda 171 min 789 nəfər virusa yoluxub, 8 min 291 nəfər isə ölüb. Bununla yanaşı xüsusi xəstəxanalarda müalicə alan 134 min 349 nəfər sağalaraq evə buraxılıb.

Mətbuat katibi nəzərə çatdırıb ki, hazırda intensiv terapiya şöbəsində müalicə alan 2 min 596 nəfərin vəziyyəti ağır olaraq qalır.

İranın Səhiyyə nazirinin müavini Məhəmməd Rza Şənesaz bildirib ki, iqtisadi sanksiyalar koronavirusa qarşı aparılan mübarizəyə əngəl olur: "İrana dərman və digər tibbi preparatların gətirilməsi mümkün deyil. Bəzi hallarda xəstələr sadə dərman çatışmazlığından ölürlər”.

İranın Səhiyyə naziri isə Ərak şəhərində yeni sənaye parkının tikintisi ilə tanış olub. O bildirib ki, bu parkda yalnız tibbi ləvazimatlar və əczaçılıq məhsulları istehsal ediləcək. Onun sözlərinə görə, İran bu parkın qurulmasına 5 milyon dollar sərmayə yatırıb. Mütəxəssislərin hesablamalarına görə burada istehsal edilən məhsulların ixracı İran büdcəsinə ildə 10 milyon dolların daxil olmasına imkan yaradacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video