07 Iyun 2020 13:39
632
DÜNYA
A- A+

Dünyada koronavirus qurbanlarının sayı 400 mini ötüb


Son sutka ərzində dünyada COVID-19 infeksiyasından ölənlərin sayı 4253 nəfər artaraq 400 mini keçib, yoluxanların sayı isə 128 min 39 nəfər çoxalaraq 7 milyona yaxınlaşıb.

AZƏRTAC pandemiyanın statistikasını aparan "Worldometer” saytına istinadla xəbər verir ki, Bakı vaxtı ilə bu gün saat 12:30-a olan məlumata əsasən, dünya üzrə 6 milyon 993 min 767 yoluxma və 402 min 438 ölüm faktı qeydə alınıb, 3 milyon 419 min 952 xəstə isə sağalıb.

Dünya üzrə ən çox yoluxma halı ABŞ-da qeydə alınıb: 1 milyon 988 min 545 nəfər. Sonrakı yerlərdə Braziliya (676 min 494 nəfər), Rusiya (467 min 673 nəfər), İspaniya (288 min 390 nəfər), Böyük Britaniya (284 min 868 nəfər), Hindistan (247 min 195 nəfər) və İtaliya (234 min 801 nəfər) gəlir.

Birləşmiş Ştatlar COVID-19-dan ölənlərin sayına görə də dünya lideridir (112 min 96 nəfər). İlk beşlikdə yer alan Birləşmiş Krallıqda 40 min 465, Braziliyada 36 min 44, İtaliyada 33 min 846, Fransada isə 29 min 142 nəfər həyatını itirib.

Saytın məlumatına görə, dünya əhalisi arasında koronavirus səbəbindən ölüm səviyyəsi hər milyon insana orta hesabla 51,6 nəfərdir. Bu göstərici Böyük Britaniyada 596, İspaniyada 580, İtaliyada 560, Fransada 447, ABŞ-da 339, Braziliyada 170, Peruda 157, Almaniyada 105, İranda 98, Türkiyədə 55 nəfər təşkil edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video